• Təqvim

  • Maraq



Qazaxda yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan “İsrafil Ağanın hamamı” təmir olunacaq


Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli 123s nömrəli Sərəncamına əsasən Qazax Rayon İcra Hakimiyyəti Qazax şəhər Kommunal Müəssisələri Kombinatının balansında olan, Qazax şəhəri, Şəhidlər Xiyabanı küçəsində 500.0 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 417.0 kv.m təşkil edən yerli əhəmiyyətli memarlıq abidəsi olan 1 №-li hamam binası ("İsrafil Ağanın hamamı”) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilib.

Hazırda sözügedən yerli əhəmiyyətli memarlıq abidəsi olan hamam binasının fəaliyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilməsi və təmirlə əlaqədar dayandırılıb. Gələcəkdə tarixi abidə kimi hansı formada fəaliyyət göstərməsi aidiyyəti üzrə nazirliyin səlahiyyətindədir.

Onu da qeyd edək ki, yerli əhəmiyyətli memarlıq abidəsi olan hamam binası təmir olunacaq.


































 

GOYEZEN.AZ



Facebook-da paylaş