• Təqvim

  • Maraq



Qazaxda yerli əhəmiyyətli memarlıq abidəsi olan İsrafil Ağa hamamı Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Mədəniyyət Nazirliyinin balansına verilib


Qərbin qapısı sayılan Qazaxda olan tarixi memarlıq abidələrindən biri də şəhərin mərkəzində, "Cümə” məscidinin qarşısında yerləşən qoşagünbəzli İsrafil Ağa hamamıdır. 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli 123s nömrəli Sərəncamına əsasən Qazax Rayon İcra Hakimiyyəti Qazax şəhər Kommunal Müəssisələri Kombinatının balansında olan, Qazax şəhəri, Şəhidlər Xiyabanı küçəsində 500.0 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 417.0 kv.m təşkil edən yerli əhəmiyyətli memarlıq abidəsi olan 1 №-li hamam binası ("İsrafil Ağanın hamamı”) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilib.

Qazaxda yerli əhəmiyyətli memarlıq abidəsi olan İsrafil Ağa hamamının tarixi bina kimi qorunması məqsədilə Mədəniyyət Nazirliyinin balansına verilməsi tarixi keçmişimizə, milli mədəniyyət abidələrinə verilən qiymətin bariz nümunəsidir. Bu addım tarixi keçmişimizi özündə əks etdirən bu memarlıq incisinin, tarixi abidənin gələcək nəsillərə çatdırılmasını təmin edəcək.

GOYEZEN.AZ



Facebook-da paylaş