• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində Xocalı həftəsi çərçivəsində silsilə tədbirlər davam etdirilir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü haqqında 28 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən Qazax Rayon Heydər Əliyev Mərkəzində Xocalı həftəsi çərçivəsində silsilə tədbirlər davam etdirilir. Tərtib edilmiş xüsusi Tədbirlər Planına uyğun olaraq həftə ərzində faciənin həqiqətlərini özündə əks etdirən filmlər nümayiş olunur. Xocalı faciəsinə həsr edilmiş kitab və şəkillərlə sərgilər təşkil edilir. "İnsanlığa qarşı törədilən bəşəri cinayət - Xocalı soyqırımı” mövzusunda dərslər keçirilir. Şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiyalarla müşayiət olunan tədbirlər keçirilir. Rayon məktəblilərinin  bu sərgiləri görməsi, filmləri izləməsi üçün muzeyə ekskursiyaları təşkil edilir.

Növbəti ekskursiya Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə olub.

Fevralın 25-də məktəbin ibtidai sinif müəllimləri Vüsalə Əhmədova və Afaq Xəlilovanın rəhbərliyi ilə 1-ci və 2-ci sinif şagirdlərinin iştirakı ilə təşkil edilmiş ekskursiyada şagirdlərə Xocalı faciəsi haqqında məlumat verilib.

2-ci sinif şagirdləri Sona Zeynalova, Ramiz Xəliliov, Ofeliya Əmiraslanova, Səma Papaqçıyeva, Yeganə Qarayeva, 1-ci sinif şagirdləri Uğur Xəlilov, Gülüzar Məsizadə, Leyla Zeynalova, Vəsilə Abdullayeva, Bəşir Həsənov Xocalı soyqırımına həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.






 

GOYEZEN.AZ



Facebook-da paylaş