2 Fevral - Gənclər Gününə həsr olunmuş “Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər
siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin
1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri
Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa
ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə
başlanıb. 2 Fevral - Gənclər
Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə
qeyd olunur. Fevralın 1-də
Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı
ilə 2 Fevral - Gənclər Gününə həsr olunmuş "Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən
Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının
müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova,
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai
Birliyinin Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili
Namiq Alıyev və Vətən
müharibəsi iştirakçıları, mədəniyyət, təhsil, səhiyyə sahəsində çalışan
gənclər, şagirdlər və tələbələr iştirak ediblər. Tədbirdə
əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu
gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi, son 18 ildə gənclər siyasəti və gənclərlə iş sahəsində həyata
keçirilmiş irimiqyaslı layihələr, qəbul edilmiş dövlət proqramlarının gənclərin
bütün sahələrdə fəallığının artmasına təsiri haqqında geniş fikir mübadiləsi
aparılıb, müxtəlif sahələrdə çalışan gənclərin fikirləri dinlənilib.
Qazax
Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək 2 Fevral -
Gənclər Günü münasibətilə gəncləri təbrik edib, səmimi ürək sözlərini çatdırıb.
Gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının
artırılması işinin, ümumilikdə dövlət gənclər siyasətinin Ulu Öndər Heydər
Əliyevin adı ilə sıx bağlı olduğunu bildirib. Bu gün Azərbaycan gənclərinin
müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasının
ölkəmizdə həyata keçirilən gənclər siyasətinin möhkəm təməl üzərində qurulmasının
nəticəsi olduğunu qeyd edib.
Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək Gənclər Gününün təsis edilməsinin 25 illiyi münasibətilə rayon
rəhbərliyinin adından gəncləri təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Bildirib
ki, Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev gəncləri Azərbaycanın gələcək
qurucuları adlandırmışdı. Onun gəncliyə və gənclərə etimadı indi öz təsdiqini
tapmaqdadır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti ölkə rəhbəri
tərəfindən uğurla davam etdirilir. Ölkəmiz sürətlə uğurlu inkişaf yolunda
addımlayır. Bu inkişafda gənclər ictimai həyatın bütün sahələrində aktiv
fəaliyyət göstərərək cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Ölkə Prezidenti
İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan
gəncliyinə göstərdikləri qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü, gənclərə
rayon rəhbərliyi tərəfindən daim qayğı göstərildiyini diqqətə çatdırıb.
G.Həsənova qeyd edib ki, gənclər də öz növbəsində
onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Dövlətimizin başçısı tərəfindən
göstərilən bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı
olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplayır, Vətənin
inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Azərbaycan
Prezidenti İlham Əliyevin etimadını doğruldurlar. Necə ki, 44 günlük Vətən
müharibəsində Azərbaycan gəncləri döyüş meydanında düşmənə layiqli cavablarını
verərək əsl qəhrəmanlıq nümayiş etdirdilər. Torpaqlarımız düşmən tərəfindən
işğal olunan zaman körpə olan uşaqlar böyüyüb gənc kimi Vətənin müdafiəsinə
qalxdılar. Torpaqlarımızın ərazi bütövlüyü naminə bir an belə düşünmədən şirin
canlarından keçməyi gözə aldılar və həyatlarını müstəqil Azərbaycanın parlaq gələcəyi
naminə qurban verdilər. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son
qoydular. Bu gün xalq olaraq, ölkə vətəndaşı olaraq bizlərə tarixi Qələbəni bəxş
edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, əsgər və zabitlərimizə,
canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və
minnətdarıq. Xoşbəxt xalqıq ki, Azərbaycanın igid, qəhrəman oğulları, gəncləri
var və bundan sonra da olacaq.
2-ci
qrup Vətən müharibəsi əlili, mayor Xəyyam Əliyev çıxış
edərək Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, vətənpərvər qüvvə kimi
formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olduğunu
bildirib. Məhz son 18 ildə aparılmış gənclər siyasəti sayəsində ölkədə
vətənpərvər ruhlu gənclər ordusu formalaşmış, 44 günlük Vətən müharibəsində
şücaət göstərərək torpaqlarımızın və ərazi bütövlüyümüzün bərpasında canını-qanını
əsirgəmədən öz sağlamlıqlarını itirərək qazi və ya şəhid oldular.
Gənc
pedaqoq, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin Ədəbiyyat
müəllimi Həbibə Məmmədli çıxış
edərək bildirib ki, müasir və intellektual səviyyəli gəncliyin formalaşmasında
təhsilin mühüm rolu vardır. Bu gün Azərbaycanda gənclərin yüksək biliklərə
yiyələnməsi, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün qəbul
edilmiş Gənclər Dövlət Proqramları dövlətin mənafeyi naminə gənclərin
potensialından tam, düzgün istifadə olunmasına və dövlət idarəçiliyində
gənclərin iştirakının təmin edilməsinə böyük töhfələr verməkdədir.
Gənc
səhiyyə işçisi, Qazax Rayon Mərkəzi Xəstəxanasının Statistika bölməsinin müdiri
Cəvahir Əhmədova çıxış
edərək bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gəncliyin formalaşdığını
qeyd edıb. Gənclərin mədəniyyət, təhsil, səhiyyə, idman sahələrində uğurlu
nailiyyətlər əldə edərək Avropa miqyasında beynəlxalq qurumlarda təmsil olunduqlarını
vurğulayıb.
Gənc
mədəniyyət işçisi, Qazax şəhər 1 nömrəli Musiqi Məktəbinin müəllimi Leyla Məmmədova çıxış edərək dövlətin gənclərə dəstək və
diqqət göstərməsinin Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissinin
artmasında mühüm rol oynadığını söyləyib. Qeyd edib ki, bu gün ölkəmizdə milli
düşüncəyə malik, mədəniyyət və incəsənət sahəsində ölkəmizin adını layiqincə
təmsil edən gənclərin olması məhz dövlətin uğurlu gənclər siyasətinin
nümunəsidir.
Qazax
Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi Məleykə Rüstəmova bütün gəncləri təbrik edib, onlara
göstərilən dövlət qayğısından söz açıb. Hər zaman dövlətin diqqət, qayğı və
dəstəyini üzərlərində hiss etdiyini bildirib. Bu gün gənclərin üzərində böyük
məsuliyyətin olduğunu vurğulayan M.Rüstəmova bildirib ki, biz gənclər Vətənə,
xalqa, dövlətə sədaqəti daim qəlbimizdə yaşadacaq və müstəqilliyimizin əbədi,
ərazi bütövlüyümüzün toxunulmaz olması üçün üzərimizə düşən etimadı layiqincə
doğruldacağıq. Ölkə Prezidentinə, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə
onlara göstərilən qayğıya görə gənclər adından minnətdarlığını bildirib.
Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin
Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq
Alıyev çıxış edərək Azərbaycanda dövlətinə, xalqına
sadiq, güclü, vətənpərvər gənclər ordusunun formalaşdığını, 44 günlük Vətən
müharibəsində də bunun bir daha şahidi olduğumuzu diqqətə çatdırıb. Haqq
savaşında əldə etdiyimiz tarixi qələbəmizi təmin edənlərin məhz gənclər olduğunu,
xalqımızın bugünkü gəncliyə inandığını və onlara böyük ümidlər bəslədiyini qeyd
edib.
GOYEZEN.AZ
Facebook-da paylaş