• Təqvim

  • Unutma

  • Maraq



“Müasir və müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” adlı dəyirmi masa keçirilib


Yanvarın 14-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılğı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq ideyasının təbliği, Prezident İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamına əsasən 2022-ci ili "Şuşa İli” elan etməsi ilə əlaqədar Qazax Rayon Mədəniyyət Mərkəzində dəyirmi masa keçirilib.

"Müasir və müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” adlı tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin, Qazax Mədəniyyət Mərkəzinin, Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, şəhər 1 və 2 saylı Musiqi Məktəblərinin direktor və əməkdaşları iştirak ediblər.

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını 2022-ci ilin "Şuşa İli” elan edilməsi münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. V.Vəliyev çıxışında həmçinin Azərbaycanın düşmən üzərində qazandığı tarixi Qələbədən, son dövrlər aparılan sosial-iqtisadi islahatlardan və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq işlərindən danışıb. Qeyd edib ki, bu ilin "Şuşa İli” elan edilməsi xalqımız üçün, xüsusilə mədəniyyətimiz üçün milli-mədəni və tarixi irsimizin qorunması, təbliği istiqamətində böyük əhəmiyyətə malikdir. 

 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək 14 iyul 1969-cu ildə Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin həmin dövrdən başlayaraq gələcək müstəqil Azərbaycan naminə sosial-iqtisadi, hərbi, siyasi-hüquqi və ideoloji işlər görməsindən ətraflı söz açıb. C.Hüseynova bildirib ki, məhz, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti nəticəsində hələ o dönəmdə bu gün şahidi olduğumuz tarixi proseslərin əsası qoyulmuşdu. Zəngəzur dəhlizi ideyası, Şuşanın inkişaf etdirilməsi kimi proseslər, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsi, Azərbaycana rəhbər seçildikdən sonra isə Şuşanı abadlaşdırmaq, eyni zamanda tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər hələ 70-ci illərdə Heydər Əliyevin fəaliyyətinin əsas hissəsi olub. Bu gün isə müstəqil və müasir Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, vəsiyyətləri əsasında inkişaf edir. Bu prizmadan çıxış edərək əminliklə demək olar ki, müstəqil Azərbaycanımızın gələcəyi də Ümummilli Liderimizin ideya və siyasi kursuna bağlıdır. Bu ideyaları və siyasi kursu isə ancaq Prezident İlham Əliyev reallaşdıra bilər.

MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax şəhər 2 nömrəli Musiqi Məktəbinin direktoru Ramil Qurbanov çıxış edərək vurğulayıblar ki, Prezident İlham Əliyev öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək bacarığı ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb. Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Həyat sübut etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyev ideyalarını ardıcıllıqla həyata keçirir. Prezident İlham Əliyev torpaqlarımızı erməni işğalından azad etməklə ata vəsiyyətini yerinə yetirdi. Dövlətimizin başçısının "Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” fikrini fəxrlə səsləndirməsi hər birimizdə qürur hissi yaratdı. Beləliklə, Azərbaycanın qarşısında yeni-yeni üfüqlər açılıb. İşğaldan azad olunmuş ərazilərimizin, doğma Qarabağın bərpası fonunda cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha xoşbəxt, daha firavan gələcəyə doğru inamla irəliləyir.

 

GOYEZEN.AZ



Facebook-da paylaş