Dahi şəxsiyyətin anım günü ilə əlaqədar “Açıq qapı” günləri davam edir
Azərbaycan xalqının böyük oğlu, Vətənə və xalqa hədsiz
məhəbbəti ilə seçilən, siyasətimizin patriarxı, müstəqil dövlətçiliyimizin
qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 18 il keçir. Adı tarixin
yaddaşına böyük hərflərlə yazılmış dahi şəxsiyyətin xatirəsini qədirbilən
xalqımız bu gün də böyük hörmət və məhəbbətlə yad edir. Dahi şəxsiyyətin anım günü ilə bağlı Qazax Rayon
Heydər Əliyev Mərkəzində hər il təşkil edilən "Açıq qapı” günləri bu il də
davam etdirilir. 2 dekabrdan start götürən "Açıq qapı” günlərinin
təşkil edilməsində məqsəd dahi şəxsiyyətin gələcək
nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək,
Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri,
göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasının
və siyasi irsinin təbliğ etdirilməsi ilə yanaşı, həm də Dahi şəxsiyyətin
xatirəsini böyük hörmət və ehtiramla yad etməkdir. Bu məqsədlə rayonun idarə, müəssisə və təşkilatların
kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon
məktəbliləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parka gələrək
abidəsi önünə gül dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük
ehtiramla anırlar. Dekabrın 12-dək davam edəcək "Açıq qapı” günlərində ziyarətçilər Dahi
liderin həyat və siyasi fəaliyyətini təbliğ edən muzeyi ekskursiya edərək
Heydər Əliyevin keçdiyi ömür yolu, xalqımızın tarixi taleyində, mənəvi, siyasi
və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edən
mühazirələr dinləyib, fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış
olub, filmlərə baxacaqlar. Bugünkü "Açıq qapı”
günündə Ağstafa Regional Mədəniyyət İdarəsinin
Qazax rayonu üzrə nümayəndəliyinin, Rayon
Mədəniyyət Mərkəzinin, "Avey”
Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Qazax Tarix Diyarşünaslıq Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin, Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin, Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Qazax Rayon Komitəsinin, Qazax
Dövlət Sosial-İqtisadi Kollecinin, Qazax Elektrik Şəbəkəsinin, Qazax şəhər İsmət
Qayıbov adına 3 nömrəli tam orta məktəbin rəhbərləri və əməkdaşları iştirak ediblər. Ziyarətçilər əvvəlcə dahi rəhbərin abidəsi önünə gül
dəstəsi düzüb əziz xatirəsini anıblar. Sonra
Ümummilli Liderin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan
ibarət sərgi ilə tanış olublar. Ekspozisiya zalında yerləşdirilmiş monitorda
ziyarətçilərə Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış "Dahi
şəxsiyyətin ibrətamiz həyat yolu” adlı videoçarx nümayiş
etdirilib. Ümummilli Lider Heydər Əliyevin xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında,
dövlət quruculuğunda misilsiz xidmətləri barədə məlumat verilib.
GOYEZEN.AZ
Facebook-da paylaş