• Təqvim

  • Unutma

  • Maraq



“30 illik həsrəti sona çatan Xarıbülbül”


Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 27 sentyabr 2021-ci il tarixli 07/04-1840/2021 nömrəli məktubunun icrası məqsədilə Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması istiqamətində təhsil müəssisələrində "Açıq dərs”lərin keçirilməsi davam etdirilir.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına əsasən "Açıq dərs”lərin təşkil olunmasında əsas məqsəd işğaldan azad olunmuş bölgələrin tarixi və coğrafiyası, flora və faunası, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məktəblilərə ətraflı məlumat çatdırmaqdır.

Layihə çərçivəsində oktyabrın 12-də Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdlərinə "30 illik həsrəti sona çatan Xarıbülbül” adlı "Açıq dərs” keçirilib.

 

Tədbiri Mərkəzin Baş fond mühafizi Səidə Qocayeva açaraq bildirib ki, otuz illik həsrətdən sonra ölkəmiz doğma torpaqlarına, eyni zamanda misilsiz sərvətinə qovuşa bildi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ torpağı ölkəmizin ən zəngin torpağı hesab olunur. Özünün flora və fauna müxtəlifliyinə görə respublikamızın zəngin ərazilərindən sayılan Qarabağ ərazisində 2000-dən çox bitki növünə rast gəlinir. Onlardan biri də Qarabağda, xüsusilə də Şuşada bitən, qalib Azərbaycanın əsas simvoluna çevrilən Xarıbülbül gülüdür. Xarıbülbül Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növlərdən olan bir çiçəkdir. Qeyri-adi çiçək olan Xarıbülbülə bu adın verilməsinin səbəbi onun bülbülə bənzəməsidir. Xarıbülbül gülü ilə bağlı çoxlu əfsanələr və rəvayətlər mövcuddur. Gülün üzərinə qonmuş bülbülü xatırladan Xarıbülbül təbiətə verdiyi gözəlliyi ilə yanaşı, həm də müalicə əhəmiyyətli bitkidir. Otuz il ərzində düşmən əsarətində qalan torpaqlarımız kimi Xarıbülbül də bu gün azaddır. 44 günlük İkinci Qarabağ müharibəsinin simvolu sayılan Xarıbülbül bu gün Azərbaycanın qələbə rəmzinə çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əldə etdiyi Qələbə nəticəsində illərlə həsrətini çəkdiyimiz torpaqlara nəhayət ki, qovuşduq və illər sonra Xarıbülbül gülü o torpaqlarda yenidən çiçəklənməyə başlayır.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi altında tarix yazan Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsinə həsr olunmuş film də nümayiş olunub. Sonra məktəblilər rayon rəhbərliyi tərəfindən 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət edib, kompleks önünə qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər. Şəhidlərimiz, onların keçdikləri döyüş yolu, təltif olunduqları orden və medallar haqqında ətraflı məlumatı özündə əks etdirən lövhələrlə tanış olublar.




 

GOYEZEN.AZ



Facebook-da paylaş