• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda mədəniyyət işçilərinin iştirakı ilə geniş tərkibdə videokonfrans keçirilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mədəniyyət işçilərinin iştirakı ilə geniş tərkibdə videokonfrans keçirilib.

Videokonfransda Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Gülnar Quluyeva və Teybə Hüseynova, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Valeh Vəliyev, 80-ə yaxın mədəniyyət işçisi iştirak ediblər. Videokonfransda avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə səslənən fikirlərdən, həmçinin, dövlət başçısının rəhbərliyi altında ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən mübarizə tədbirlərindən söhbət açılıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva videokonfransı giriş sözü ilə açaraq rayon rəhbərliyinin adından konfrans iştirakçılarını salamlayıb, bugünkü tədbirin məqsəd və əhəmiyyətindən danışıb. G.Quluyeva Azərbaycanda COVID-19 pandemiyasına yoluxanların sayının mart ayından başlayaraq artmasına baxmayaraq Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildəgenişmiqyaslı mübarizə tədbirlərinin həyata keçirildiyini bildirib. Qeyd edib ki, məhz həmin təxirəsalınmaz tədbirlərin nəticəsidir ki, bu gün dövlət başçısının da qeyd etdiyi kimi, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. G.Quluyeva bu günə kimi ölkə üzrə 33915 nəfərin koronavirus infeksiyasına yoluxduğunu, 31269 nəfərin sağaldığını, ölüm sayının 500 nəfər, xəstəxanalarda müalicə alan aktiv xəstə sayının 2146 nəfər, ümumi test sayının isə 812033 təşkil etdiyini qeyd edib. Bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən tapşırıq və tövsiyələrə, xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl olunmasının nəticəsidir ki, ölkəmizdə 13 avqust tarixinə yeni yoluxanların sayı 91, sağalanların sayı 211 nəfər, ölüm sayı 3 nəfər, test sayı isə 7520-dir. Bu, həm də ölkəmizdə sərtləşdirilmiş karantin rejiminin yumşaldılmasına gətirib çıxarır ki, necə ki, avqust ayının 5-dən etibarən tətbiq olunmağa başlayıb.  

 

Pandemiya ilə mübarizədə dövlət başçısının səhiyyə işçilərinin əməyini yüksək qiymətləndirməsinin qazaxlı səhiyyə işçiləri tərəfindən də minnətdarlıq hissi ilə qarşılandığını bildirən G.Quluyeva qeyd edib ki, ölkə başçısının öz çıxışında səhiyyə işçilərinin əməyi haqqında yüksək fikirlər səsləndirməsi bunu bir daha təsdiqlədi. Ölkə başçısının söylədiyi: "Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Eyni zamanda, nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi”. G.Quluyeva dövlət başçısının bu dəyərli fikirlərini səhiyyə sahəsində çalışan insanlara verilən yüksək qiymət kimi dəyərləndirib. G.Quluyeva bu il martın 3-də ölkə başçısının iştirakı ilə açılışı olan 145 çarpayılıq Qazax Rayon Mərkəzi Xəstəxanasının da karantin xəstəxanası kimi, Qazaxdan, eləcə də digər qonşu rayonlardan olan koronaviruslu xəstələrin müalicəsi üçün ayrıldığını və hazırda xəstəxanada həmin xəstələrin sayının azaldığını da diqqətə çatdırıb.

G.Quluyeva COVID-19 pandemiyası ilə mübarizədə səhiyyə işçilərinin əməyinə verilən qiymətin daha bir bariz nümunəsi olaraq ölkə başçısı İlham Əliyevin "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” imzaladığı 18 mart 2020-ci il tarixli sərəncamını göstərib, Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi qeyd edib. Həmin sərəncamla tibb işçilərinin əməkhaqlarının aldıqları maaşın 3 misli qədər artırılmasını təkcə tibb işçilərinə qayğı kimi deyil, həm də koronavirusa yoluxmuş, yaxud potensial xəstə ola biləcək vətəndaşlarımıza da qayğı kimi qiymətləndirib. Bildirib ki, hər xəstənin müalicəsi özlüyündə növbəti yoluxma hadisəsinin qarşısının da alınması deməkdir. Nəzərə almaq lazımdır ki, koronavirusa yoluxmuş bir xəstə təqribən yüz vətəndaşı yoluxdurma potensialına sahibdir və buna qarşı vaxtında mübarizə aparmaq lazımdır. Ona görə də ölkə Prezidentinin sərəncamı həm də xəstəliyə qarşı önləyici tədbirləri motivasiya edən addım kimi də qiymətləndirilə bilər.


G.Quluyeva ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən qabaqlayıcıtədbirlərin Qazaxda da uğurla davam etdirildiyini diqqətə çatdırıb. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər birinin tərkibi 5 nəfərdən ibarət olan 30 mobil qrupun fəaliyyət göstərdiyini bildirib. Tərkibində bir nəfər DİN əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, RİHB-nin İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrup üzvlərinin rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etdiyini, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işlərinin aparıldığını bildirib. Həmin mobil qruplar tərəfindən əhalinin kütləvilik təşkil etdiyi yerlərdə, ticarət obyektlərində, ictimai nəqliyyatda vətəndaşlarla sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadənin vacibliyi barədə mütəmadi olaraq maarifləndirici söhbətlər aparıldığını bir daha vurğulayıb. Rayon rəhbərliyinin və hüquq-mühafizə orqanları rəhbərlərinin bilavasitə iştirakı ilə rayonda toy, yas mərasimlərinin keçirilməsinin daim nəzarət altında saxlanıldığını, bu sahədə mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini bildirib.

 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Teybə Hüseynova çıxış edərək videokonfrans iştirakçılarını salamlayıb, pandemiya dövründə həyata keçirilən sosial layihələrdən söz açıb. Qeyd edib ki, ölkəmizdə pandemiya dövrü olmasına baxmayaraq böyük sosial layihələrin icra olunması olduğu kimi davam etdirilir. Hər zaman olduğu kimi, bu dəfə də vətəndaşların sağlamlığı ilə yanaşı, onların sosial rifah halının yaxşılaşdırılması da dövlət tərəfindən diqqət mərkəzində saxlanıldı. T.Hüseynova qeyd edib ki, dövlət başçısının vurğuladığı kimi: "İqtisadi və sosial məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi”. Cənab Prezidentin də vurğuladığı kimi, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı deyib: "Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”. Ölkə başçısının da qeyd etdiyi kimi, pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. (təkcə son 20 gün ərzində 250 mənzil təqdim edilib). Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təminatı həyata keçirilib.

 

T.Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli sərəncamı ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb. Şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdün məbləği 3 dəfə artırılıb. Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq əmək pensiyası aldıqları halda) aylıq sosial müavinət də ödənilir. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın icra olunub: 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox vərəsəsi ödəmə ilə təmin edilib. Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər. Bu sosial ödənişlər də ötən dövrdə əhəmiyyətli dərəcədə artırılıb, xüsusilə də 2019-cu ildə müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artım edilib. Şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri övladlarının respublikamızın ali təhsil müəssisələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb. 2 milyon şəxsə sosial ödənişlərin davamlılığı təmin edilmişdir. 6 ayda ötən illə müqayisədə əhaliyə 590 milyon manat (27%) çox vəsait ödənilmişdir.

T.Hüseynova ölkəmizdə koronavirus pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində də bütün imkanlardan istifadə olunduğunu bildirib. Xüsusi karantin rejimi dövründə 100 mindən çox insana yardım olunmasını bu sahədə görülən işlərin bariz nümunəsi kimi göstərib. Ölkə Prezidentinin"Biz birlikdə güclüyük!” çağırışına respublikamızın hər yerində olduğu kimi, Qazaxda da böyük dəstək verildiyini qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin, "Qazax” Xeyriyyə İctimai Birliyinin təşəbbüsünə qoşulan yüzlərlə insanlar tərəfindən Qazaxda ümumilikdə 9 mindən çox aztəminatlı ailəyə sovqat paylanıldığını bildirib.

T.Hüseynova xüsusi karantin rejimi dövründə vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışaraq qeyd edib ki, həmin dövrdəişsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərə 190 manat (yaşayış minimumu) birdəfəlik ödəmə verildi ki, aprel-may aylarında ölkə üzrə 600 min şəxsə 225 milyon manat ödənilib. İyul ayında sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 min şəxsə 55 milyon manat vəsait sərf olunub. T.Hüseynova bildirib ki, ölkə Prezidentinin də qeyd etdiyi kimi: "Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Avqust ayında da onlara 190 manat ödəniləcək. Ödəmə həmin şəhər və rayonlar üzrə 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat ödəniləcək”. 

T.Hüseynova artıq avqust ayının 5-dən sərtləşdirilmiş karantin rejimində müəyyən yumşalmaların olduğunu bildirərək bu yumşalmada vətəndaşların daha da məsuliyyətli olmalarını vurğulayıb. Yenidən sərtləşdirilmiş karantin rejiminə qayıtmamaq üçün hər bir vətəndaşın öz üzərinə düşən işin məsuliyyətlini dərk etməsini, dövlətin pandemiya ilə mübarizə sahəsində gördüyü işlərə öz töhfəsini verməsini bildirib və bu yolda hər kəsə uğurlar arzulayıb.

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov çıxış edərək videokonfrans iştirakçılarını salamlayıb, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə sahəsində əhalinin maarifləndirilməsi istiqamətində görülmüş işləri, bu sahədə aktiv və səmərəli fəaliyyət göstərilməsini yüksək qiymətləndirib. Pandemiya dövründə mədəniyyət sahəsində çalışan insanların da fəallıq nümayiş etdirdiyini qeyd edən V.Qədirov Qazax Rayon Mədəniyyət İdarəsinin kollektivi tərəfindən görülmüş işlərdən danışıb. Mədəniyyət müəssisələrində bütün tədbirlərin, keçirilən dərslərin onlayn şəkildə təşkil olunduğunu, pandemiya dövründə dövlətimiz tərəfindən koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlərə dəstək olmaq məqsədilə "Eyvandan-eyvana” adlı konsertlərin keçirildiyini bildirib. V.Qədirov qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ilk gündən bu məsələyə həssaslıqla yanaşmaları, istər maarifləndirmə işində, istər xəstəliyin qarşısının alınması sahəsində apardıqları mübarizə, istər sosial layihələrin icrası, istər modul tipli xəstəxanaların tikilərək əhalinin istifadəsinə verilməsi bir daha onu göstərdi ki, doğurdan da Azərbaycan dövləti öz vətəndaşının yanındadır. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanın koronavirusla mübarizə sahəsində gördüyü işləri, bu sahədə olan təcürbəsini xüsusi qiymətləndirməsi, ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına göstərilən maddi və mənəvi dəstək onu deməyə əsas verir ki, Azərbaycan təkcə öz ölkəsinin vətəndaşları üçün deyil, bütün bəşəriyyət üçün daim yararlı bir dövlət olub. V.Qədirov qeyd edib ki, hər zaman olduğu kimi, bu dəfə də mənfur düşmənimiz olan Ermənistan Azərbaycanın uğurlarını həzm edə bilmədi. Bunu iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatla da bir daha təsdiqlədi. Lakin düşmən bu dəfə də öz niyyətinə çata bilmədi. Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alındı.

V.Qədirov bildirib ki, əgər bu gün Azərbaycan dövlət olaraq üzərinə düşən işləri yüksək səviyyədə icra edirsə, əhalinin sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirirsə, vətəndaşlar da öz məsuliyyətlərini dərk etməli, görülmüş işlərə öz əməlləri ilə dəstək olmalıdırlar. Bunun üçün də tək bir şərt var ki, o da xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl edilməli, sosial məsafə gözlənilməli, tibbi maskadan istifadə olunmalıdır.  

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Valeh Vəliyev çıxış edərək ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə sahəsində görülmüş işlərin mədəniyyət işçiləri tərəfindən də yüksək qiymətləndirildiyini bildrib. V.Vəliyev qeyd edib ki, ölkəmizdə yaşanan çətin bir vaxtda Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması bir daha onu sübut etdi ki, Azərbaycan iqtisadi gücünü bundan sonra daha da gücləndirəcək. V.Vəliyev bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində çalışan işçilər tərəfindən də xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl olunduğunu diqqətə çatdırıb. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində mədəniyyət müəssisələrinin mütəmadi olaraq dezinfeksiya olunduğunu qeyd edib. Mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi qayğıya, diqqətə görə rəhbərlik etdiyi kollektiv adından rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva videokonfransa yekun vuraraq bu cür onlayn görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirib. Ölkə başçısının pandemiya ilə mübarizə sahəsindəki çağırışına hər bir ölkə vətəndaşının dəstək olmasını, bu günə kimi həyata keçirilən tədbirlərə öz töhfəsini verməli olduğunu qeyd edib və bu yolda hər kəsə uğurlar arzulayıb.








 

GOYEZEN.AZ



Facebook-da paylaş