Qazax Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş növbəti anım tədbiri keçirilib
Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzində N.Vəliyev
adına şəhər 5 nömrəli tam orta məktəbin iştirakı ilə Xocalı faciəsinin 28-ci
ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Xocalıda qətlə yetirilmiş soydaşlarımızın və
Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Rüxsarə Əhmədova çıxış edərək məktəblilərə Xocalıda törədilmiş soyqırımı
haqqında bir daha ətraflı məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin və SSRİ-nin 366-cı motoatıcı alayının
hərbçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı yaddaşlardan heç vaxt
çıxmayacaq. Bu kütləvi soyqırım təkcə Azərbaycanın ərazi bütövlüyünə qarşı törədilmiş
terror aktı deyil, eyni zamanda insanlıq əleyhinə törədilmiş cinayət idi.
Xüsusi qəddarlıqla həyata keçirilən bu soyqırımda Ermənistan silahlı qüvvələrinin
mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfər,
o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275
insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin,
o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı
487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv
edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini
itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı
olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst
ediliblər. Qeyd edib ki, Хоcalı soyqırımı
özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq
ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Ulu
Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi
fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün dünya ictimaiyyətinin
Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam
etdirilir. Prezident İlham Əliyevin uğurlu diplomatiyası sayəsində artıq beynəlxalq
təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə
daha geniş məlumatlandırılır, dünyaya çatdırılır ki, Ermənistanın siyasətinin əsasında
terrorçuluq və işğalçılıq dayanır. 2008-ci ildən
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış
"Xocalıya ədalət!” beynəlxalq kampaniyasıda bu istiqamətdə atılan ən uğurlu addımlardan biridir. Sonra məktəbin II sinif şagirdləri Ömər Zeynallı, Nihat
Mustafayev, Əli Tağızadə, Zəbanə Alıyeva, Amin Kəfili Xocalı faciəsinə həsr
olunmuş şeirlər söyləyiblər. Daha sonra məktəblilər Xocalı faciəsini özündə əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi
ilə tanış olublar. Anım tədbiri Xocalı soyqırımından
bəhs edən sənədli filmin nümayişi ilə sona çatıb. GOYEZEN.AZ
Facebook-da paylaş