• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Saz - etibarın açarı” adlı filmin təqdimatı olub


Bu gün DokuBaku Beynəlxalq Sənədli Film Festivalının "DokuBaku on Tour" lahiyəsi çərçivəsində fransız rejissoru Stephan Talneau tərəfindən çəkilmiş "Saz - etibarın açarı” adlı filmin təqdimatı olub.

Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində keçirilən təqdimat mərasimində təhsil, səhiyyə, mədəniyyət işçiləri, BDU Qazax filialının və Qzax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, fəal gənclər iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan fəal gənc Akif Əmirov qədim musiqi aləti olan sazın beynəlxalq arenada tanıdılması baxımından bu cür filmlərin çəkilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra DokuBaku Beynəlxalq Sənədli Film Festivalının koordinatoru Aygün Rəşidova çıxış edərək festival və layihə barədə geniş məlumat verib. Qeyd edib ki, DokuBaku Azərbaycanın ilk və yeganə müstəqil sənədli film festivalıdır. 2017-ci ildən bəri amalımız, dünyanın hər yerindən xüsusi seçilmiş beynəlxalq filmlərin və yerli rejissor və sənədli film istehsalına dəstək məqsədli "Yerli və Beynəlxalq" müsabiqədə sənədli filmlərin sanki sərgisini təqdim etməkdir. Bu ilin oktyabr ayının 2-dən 6-dək artıq üçüncü dəfə baş tutan Festivalın məqsəd və əhəmiyyətindən danışan Koordinator bildirib ki, Festivalların keçirilməsində əsas məqsəd azərbaycanlı rejissorları sənədli filmlər yaratmağa və festivallarda iştirak etməyə sövq etmək, sənədli film janrının özəllikləri və müxtəlifliyini göstərmək və bu sahədə fikir mübadiləsi aparmaqdır. Bildirib ki, geniş auditoriya üçün nəzərdə tutulmuş bənzərsiz, həyat kimi təkrarı olmayan beynəlxalq sənədli film proqramı ilə yanaşı, DokuBaku BSFF yerli sənədli film rejissorlarının filmlərini nümayiş etdirməklə onları dəstəkləməyə davam edir.


Daha sonra A.Rəşidova"DokuBaku on Tour" lahiyəsi çərçivəsində fransız rejissoru Stephan Talneau tərəfindən çəkilmiş "Saz - etibarın açarı” adlı film haqqında da ətraflı məlumat verib. 90 dəqiqəlik filmdə fərdi axtarışda olan istedadlı bir musiqiçi və müğənni Petra Nahtmanovanın Berlindən İrana gedən yollarda "Sən mənə Qərbə apara biləcəyim bir mahnı öyrədə bilərsənmi?" sualı ətrafında axtarışa çıxdığını və həmin sualın arxasında yolda qapı və ürək açan sirli və əfsanəvi bir alətin – sazın oldğunu kəşf etdiyini bildirib. Qeyd edib ki, film türk dilində səslənsə də Azərbaycan və İngilis dillərində alt-yazı ilə nümayiş olunur.

Sonda film tədbir iştirakçılarına təqdim olunub.  




GOYEZEN.AZ



Facebook-da paylaş