Qazax Tarix-Diyarşünaslıq Muzeyində 9 Noyabr – Dövlət Bayrağı Günü qeyd edilib
Respublikamızın
bütün bölgələrində olduğu kimi Qazaxda da 9 Noyabr – Dövlət Bayrağı Günü böyük
təntənə ilə qeyd edilir. Növbəti bayram tədbiri bu gün Qazax Tarix-Diyarşünaslıq
Muzeyində "Bayrağımız qürur mənbəyimizdir" adı altında keçirilib. Tədbirdə Azərbaycan Rəssamlar
İttifaqının üzvü Akif Əmirov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı
Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, N.Vəliyev adına şəhər 5 nömrəli
tam orta məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova və sinif rəhbəri olduğu
II sinif şagirdləri, onların valideynləri və muzeyin əməkdaşları iştirak ediblər.
Məktəblilərin ifasında Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Muzeyin direktoru Gülnaz Alişanova
tədbiri giriş sözü ilə açaraq əlamətdar gün münasibətilə təbriklərini çatdırıb.
Hər bir millətin bayrağının onun milli kimliyinin,
dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, ideologiyasının ifadəsi
olduğunu bildirib. Bayrağa hörmət və ehtiram hissinin Azərbaycan xalqında
həmişə qabarıq şəkildə özünü büruzə verdiyini qeyd edib. Üçrəngli Azərbaycan bayrağının
çox keşməkeşlərdən, qadağalardan keçib bu günümüzə çatmasını, onun yenidən üzə
çıxması, dövlət rəmzinə çevrilməsi üçün xalqımızın minlərlə qurban verməsini
məktəblilərin və tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Rəssamlar
İttifaqının üzvü Akif Əmirov, MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər
Qurbanov, məktəbin müəllimi Rüxsarə Əhmədova da çıxış edərək tədbir
iştirakçılarına səmimi təbriklərini və xoş arzularını bildiriblər. Çıxış edənlər müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycanın dövlət bayrağının milli suverenliyin simvolu kimi
ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə
çevrildiyini vurğulayıblar. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu
bayrağın xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri
ideallara sadiqliyini nümayiş etdirdiyini qeyd ediblər. 2009-cu il noyabrın
17-də Prezident cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Dövlət Bayrağı
Gününün təsis edilməsi haqqında” Sərəncamını, həmin il dekabrın 4-də isə Milli
Məclisin noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirməsini Azərbaycan
xalqı üçün ən böyük töhfə kimi qiymətləndiriblər. Məktəblilər Dövlət
Bayrağına həsr olunmuş şeirlər səsləndirib, mahnılar ifa ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş