“Elimizə Novruz gəlir”.
"Bu
bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan
qalmış mirasdır... Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu
əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli
ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin
oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən
qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və
işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”. Heydər Əliyev Ulu öndərin milli
bayramımız olan Novruz bayramı haqqında
söylədiyi bu dəyərli fikirlər bu gün Qazax rayon Heydər Əliyev Mərkəzində
keçirilən "Elimizə Novruz gəlir” başlıqlı tədbirdə səslənib. Mərkəzin
kollektivinin, N.Vəliyev adına şəhər 5 saylı tam orta məktəbin birinci
sinif şagirdlərinin, valideynlərin və sinif rəhbəri Rüxsarə Əhmədovanın iştirak
etdiyi tədbirdə məktəblilərə Novruz bayramı haqqında dolğun və zəngin
məlumatlar verilib. Diqqətə çatdırılıb
ki, Azərbaycan xalqının qədim və milli bayramı olan Novruz bayramının milli
ideologiyamızın ana sütunu kimi əbədiləşdirilməsində, sevinc və birləşmə
simvoluna çevrilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə üzərinə "dini
bayram” damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın
uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd
edilməsinə başlanılmışdır. Bu, ümummilli lider Heydər Əliyevin öz xalqına, onun
qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz
məhəbbətinin əyani təzahürüdür. Məhz bu səbəbdən
hər il Novruz bayramı ərəfəsində Heydər Əliyev Mərkəzində orta məktəbin aşağı
sinif şagirdlərinin iştirakı ilə bayram şənliyi təşkil edilir. Bayram
şənliyində uşaqlara bayramın tarixi haqqında məlumat verilir, sonra uşaqlar şeirlər
söyləyir, şən musiqi sədaları altında rəqs edir, Novruz bayramının
atributlarına həsr edilmiş kompozisiyalar nümayiş etdirir, simvolik olaraq
qədim adət-ənənəmiz olan qapı pusma, papaq atma və s. həyata keçirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş