Əsas Səhifə > Mədəniyyət > “Elimizə Novruz gəlir”.

“Elimizə Novruz gəlir”.


18-03-2019, 15:12


"Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır... Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.

                                                                                                     Heydər Əliyev

Ulu öndərin milli bayramımız  olan Novruz bayramı haqqında söylədiyi bu dəyərli fikirlər bu gün Qazax rayon Heydər Əliyev Mərkəzində keçirilən "Elimizə Novruz gəlir” başlıqlı tədbirdə səslənib. Mərkəzin kollektivinin, N.Vəliyev adına şəhər 5 saylı tam  orta məktəbin birinci sinif şagirdlərinin, valideynlərin və sinif rəhbəri Rüxsarə Əhmədovanın iştirak etdiyi tədbirdə məktəblilərə Novruz bayramı haqqında dolğun və zəngin məlumatlar verilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının qədim və milli bayramı olan Novruz bayramının milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirilməsində, sevinc və birləşmə simvoluna çevrilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə üzərinə "dini bayram” damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılmışdır. Bu, ümummilli lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürüdür.

Məhz bu səbəbdən hər il Novruz bayramı ərəfəsində Heydər Əliyev Mərkəzində orta məktəbin aşağı sinif şagirdlərinin iştirakı ilə bayram şənliyi təşkil edilir. Bayram şənliyində uşaqlara bayramın tarixi haqqında məlumat verilir, sonra uşaqlar şeirlər söyləyir, şən musiqi sədaları altında rəqs edir, Novruz bayramının atributlarına həsr edilmiş kompozisiyalar nümayiş etdirir, simvolik olaraq qədim adət-ənənəmiz olan qapı pusma, papaq atma və s. həyata keçirirlər.







GOYEZEN.AZ


Geri qayıt