Qazaxda “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə əlaqədar maarifləndirici tədbir keçirilib
Respublika Prezidenti İlham Əliyevin 2020-ci il 13 fevral tarixli 1816 nömrəli Sərəncamına əsasən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir.
Fevralın 3-də Qazax Rayon İcra Hakimiyyətində sözügedən Tədbirlər Planının 4.4-cü (Korporativ sosial məsuliyyətin inkişafı istiqamətində təkliflərin hazırlanması) və 4.5-ci bəndinin (Peşə və sahə assosasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi istiqamətində maarifləndirici görüş keçirilib. Görüşdə dövlət tərəfindən bu sahədə görülmüş işlər diqqətə çatdırılıb.
İcra aparatının akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov, RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıb. Ölkə Prezidenti İlham Əliyev tərəfindən vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin olunması, işsizliyin aradan qaldırılması istiqamətində görülmüş işlərdən danışan icra başçısı bugünkü görüşün də məhz bu məqsədə xidmət etdiyini bildirib. İcra başçısı görüşün əsas məqsədinin ölkə Prezidentinin müvafiq tarixli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın 4.4-cü (Korporativ sosial məsuliyyətin inkişafı istiqamətində təkliflərin hazırlanması) və 4.5-ci bəndinin (Peşə və sahə assosasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi istiqamətində görülmüş işləri və həyata keçirilməsi nəzərdə tutulan tədbirləri müzakirə etmək olduğunu bildirib. Rayon rəhbəri məşğulluğun artırılması, qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi və digər bu kimi işlərin həyata keçirilməsi baxımından peşə və sahə assosiasiyalarının yaradılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edərək bununla bağlı sahibkarlarla əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını, onların da təkliflərini nəzərə alaraq tədbir iştirakçılarının öz töhfələrini vermələrini vurğulayıb.
Tədbirdə sözügedən Tədbirlər Planının 4.4-cü və 4.5-ci bəndlərinin icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə yerli icra hakimiyyəti orqanları tərəfindən görülməsi nəzərdə tutulan işlər müzakirə olunub. İştirakçılarla fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb, təklifləri dinlənilib.
Facebook-da paylaş