Şəhid Cabir Hüseynov küçəsinin sakinlərindən
Çox hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının ümumi sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, son illər ərzində bizim Qazax rayonunda və onun kəndlərində də böyük işlər görülmüşdür. Əhalini əvvəllər ciddi narahat edən bir çox problemlər aradan qaldırılmış, onlara firavan həyat bəxş olunmuşdur.
Yaşadığımız Ağköynək kəndində şəhid Cabir Hüseynovun adını daşıyan küçədə su və kanalizasiya sistemlərinin qurulması işi tam yekunlaşmışdır, yolun asfaltlanması isə davam etdirilir və bu iş də demək olar ki, yekunlaşmaq üzrədir.
Odur ki, küçəmizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, “çox sağ olun!” deyirik.
Hörmətlə,
Hüseynov Əli,
Cəfərov İlqar,
Mansırov Kamran,
Gəncəliyev Elvin,
İsmayılov Rizvan və başqaları (18 nəfər).
Azərbaycan Respublikası, Qazax rayonu, Ağköynək kəndi.
8 yanvar 2025-ci il
Facebook-da paylaş