Qazaxlı ziyalılar Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanladılar
Ramiz Mansurov və başqalarından,
Möhtərəm Prezident!
Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə Qazax ziyalılarına və idmançılarına həmişə yüksək dəyər vermiş, qayğı göstərmişdir. Qürurverici olan odur ki, Siz də öz fəaliyyətiniz dövründə Ümummilli Liderin bu ənənəsini davam etdirirsiniz. Bu, Qazax ictimaiyyəti və ziyalılar tərəfindən hər zaman yüksək qiymətləndirilir.
“Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli Sərəncamınıza əsasən Azərbaycanda idmanın inkişafında uzunmuddətli səmərəli fəaliyyətinə görə bir qrup şəxsə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir. Həmin şəxslər arasında həmyerlimiz, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tağıyev Ramiz Cahangir oğlunun adının olması biz qazaxlı ziyalıları və idmançıları çox qürurlandırdı. Bu, Qazax ziyalılarına və idmançılarına verdiyiniz dəyərin, göstərdiyiniz qayğının daha bir bariz nümunəsi oldu.
Hörmətli Prezident, ölkəmizdə idman sahəsinə, idmançılara göstərdiyiniz yüksək dövlət qayğısına görə qazaxlı ziyalılar, idmançılar və rayon ictimaiyyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Uca Tanrı Sizi və ailənizi qorusun, müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə gördüyünüz bütün işlərdə hər zaman yardımçınız olsun.
Hörmətlə,
Qazax Rayon Ağsaqqallar Şurasının sədri Mansurov Ramiz Dursun oğlu,
Əməkdar müəllim Ələkbərova Bəsdi İbrahim qızı,
Əməkdar bədən tərbiyəsi və idman xadimi Tağıyev Ramiz Cahangir oğlu
Azərbaycan Respublikası, Qazax şəhəri.
28 dekabr 2024-cü il
Facebook-da paylaş