İcra başçısı bir qrup Daş Salahlı kənd sakinini müraciətlərinə əsasən qəbul edib
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı dövlət siyasətinin əsasını təşkil etməklə yanaşı, həm də hər bir dövlət məmuruna nümunədir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.
Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır.
Dekabrın 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Daş Salahlı Bentonit” ASC-də səhmləri olan bir qrup Daş Salahlı kənd sakinini müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib.
“Daş Salahlı Bentonit” ASC-nin Baş direktoru Nikolay Vladimiroviç Xnıkinin, maliyyə direktoru Yaşar Qubanovun və icra aparatının məsul şəxslərinin iştirakı ilə keçirilən qəbulda sakinlərin səhmlərlə bağlı istəkləri dinlənilərək qanunamüvafiq qaydada cavablandırılıb.
Facebook-da paylaş