• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, Sizin adınız Azərbaycan tarixinə əbədi yazılıb”


Famil Süleymanovdan, 

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin adınız Azərbaycan tarixinə əbədi yazılıb. Siz Ümummilli Liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz siyasətini və ideyalarını davam etdirərək Azərbaycanı daha da gücləndirdiniz və bu iş çox böyük uğurla davam edir.

Bu uğurları biz həyatımızın bütün sahələrində davamlı olaraq görürük. İqtisadi inkişafımız, hüquq-mühafizə orqanlarında aparılan islahatlar hamının ürəyincədir.

Qazaxın işğal altındakı Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin geri qaytarılması da Sizin sayənizdə qazanılan növbəti uğurdur. Qazax rayonunun bütün sakinləri adından Sizə səmimi qəlbdən minnətdarlığımızı bildirir, daha böyük zəfərlər arzulayıram.

Hörmətlə,

Süleymanov Famil

Azərbaycan Respublikası, Qazax rayonu, Yuxarı Salahlı kəndi

30 may 2024-cü il

https://president.az/az/articles/view/66050 



Facebook-da paylaş