• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda şəhid Fərman Yolçuyevin doğum günü qeyd olunub

Qazaxda şəhid Fərman Yolçuyevin doğum günü qeyd olunub
Bu gün şəhid Yolçuyev Fərman Sabit oğlunun anadan olmasının 49-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Şəhidlərin dəfn olunduğu Hüseynbəyli kənd qəbiristanlığında keçirilən tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirak edib.

Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, şəhidin doğulduğu Aşağı Əskipara kənd sakinləri, RİHB-nın İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Aşağı Əskipara kənd tam orta məktəbin şagirdləri, bələdiyyə sədrləri, “Ehtiyyatda olan zabitlər” Konfederasiyasının rayon şöbəsinin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, KİV nümayəndələri də mərasimdə iştirak ediblər.

Şəhidin ruhuna dua oxunduqdan qəbri üstünə gül dəstələri qoyulub, əziz xatirəsi yad edilib.
Qazaxda şəhid Fərman Yolçuyevin doğum günü qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Fərman Yolçuyevin keçdiyi döyüş yolundan danışıb, dövlətimiz tərəfindən şəhidlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda öz canından keçən Vətən oğul və qızları hər cür hörmət və diqqətə layiqdirlər. Onların xatirəsini əziz tutmaq hər bir vətəndaşın ən ümdə borcudur.
Qazaxda şəhid Fərman Yolçuyevin doğum günü qeyd olunub
Şəhidin polis və döyüş yoldaşlarından Nəsib Nəsibov, yeni qəsəbədəki mənzil istismar sahəsinin rəisi Novruz Hüseynov, Bağanıs Ayrım kənd ibtidai məktəbin direktoru Əsgər Hüseynov və başqaları çıxış edərək rayon rəhbərliyi tərəfindən şəhidlərimizə verilən yüksək dəyərdən, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan, Şəhidlər Xiyabanlarında aparılan bərpa və abadlıq işlərindən danışıb, şəhidlərin ölməzliyindən, onların ən uca zirvəyə yüksəlməsindən söz açıblar.

Şəhidin qardaşı Firdovsi Yolçuyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyevə şəhid ailələri adından, öz adından dərin minnətdarlığını bildirib. Qardaşının xatirəsinin əziz tutulmasına və belə yüksək səviyyəli tədbirin təşkilinə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıb.

Qeyd edək ki, şəhid Yolçuyev Fərman Sabit oğlu 20 dekabr 1968-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1984-cü ildə Aşağı Əskipara kənd orta məktəbini bitirdikdən sonra Qazax rayon Kənd Təsərrüfatı Texnikumuna qəbul olmuş və 1986-cı ildə texnikumu bitirmişdir. 1987-1989-cu illərdə keçmiş sovet ordusu sıralarında xidmət etmişdir. 1990-cı ildə könüllü müdafiə dəstəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir.

1991-ci ildə Qazax rayon Polis şöbəsinə işə qəbul edilərək polis çavuşu vəzifəsində çalışmışdır. 1992-ci ilin may ayının 10-da qəhrəmancasına şəhid olmuşdur.

Elçin İSMAYIL

Qazaxda şəhid Fərman Yolçuyevin doğum günü qeyd olunub
Qazaxda şəhid Fərman Yolçuyevin doğum günü qeyd olunub
Qazaxda şəhid Fərman Yolçuyevin doğum günü qeyd olunub
Qazaxda şəhid Fərman Yolçuyevin doğum günü qeyd olunub
Qazaxda şəhid Fərman Yolçuyevin doğum günü qeyd olunub
Qazaxda şəhid Fərman Yolçuyevin doğum günü qeyd olunub
Qazaxda şəhid Fərman Yolçuyevin doğum günü qeyd olunub
Qazaxda şəhid Fərman Yolçuyevin doğum günü qeyd olunub
Qazaxda şəhid Fərman Yolçuyevin doğum günü qeyd olunub


Facebook-da paylaş