• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Sizin müdrik və əvəzolunmaz siyasətiniz sayəsində Azərbaycan çox uğurlar, qələbələr əldə edib”


Elşad Nəsibovdan, 

Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Şəhid ailələrinə, Qarabağ qazilərinə hər zaman diqqət və qayğı göstərdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm. Sizin müdrik və əvəzolunmaz siyasətiniz sayəsində Azərbaycan çox uğurlar, qələbələr əldə edib.

Ehtiyatda olan bir hərbçi kimi deyə bilərəm ki, Sizin ordu quruculuğu işləriniz mükəmməldir. Elə bunun sayəsində düşməni çox qısa müddətdə təslim olmağa məcbur etdik.

Qismətiniz hər zaman Zəfər olsun!

Hörmətlə,

Nəsibov Elşad.

Azərbaycan Respublikası, Qazax rayonu, Hüseynbəyli kəndi.

20.11.2023- cü il

https://president.az/az/articles/view/62270 



Facebook-da paylaş