• Təqvim

  • Maraq



Qazaxda icra başçısı rayonda fəaliyyət göstərən idman klublarının rəhbərləri ilə görüşüb


Sazın, sözün beşiyi sayılan, Qərbin qapısı kimi tanınan Qazax torpağı həm də idmançıları ilə səs salıb hər yana. Qazaxlı idmançılarımızın hər zaman beynəlxalq yarışlardan, çempionatlardan qızıl, gümüş, bürünc medallarla qayıtmaları, Azərbaycanı, doğma Qazaxımızı layiqincə təmsil etmələri bu dediklərimizin bariz nümunəsidir. 

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idman sahəsinə ayırdıqları diqqət, idmançılara göstərdikləri qayğı Qazax rayonunda da nümunə götürülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən idman sahəsini həmişə diqqətdə saxlaması, bu sahənin inkişaf etdirilməsi istiqamətində gördüyü məqsədyönlü işlər, idmançılarla görüşməsi, onları təltif etməsi, mükafatlandırması dediklərimizin əyani sübutudur. 

Oktyabrın 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonda fəaliyyət göstərən idman klublarının rəhbərəri ilə görüşməsi, onların qayğıları ilə maraqlanması idman sahəsinə olan növbəti qayğıdır. 


Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdarəsinin rəisi Əziz Məsmalıyev, İdarənin İdman sektorunun müdiri Sahib Namazov, “Göyəzən” peşəkar futbol klubunun məşqçi-müəllimi Süleyman Məmmədov, “Biomen” idman klubunun rəhbəri Azər Əliyev, “Abu-life” idman klubunun rəhbəri Fərid Məmmədov, “Fəqan” idman klubunun rəhbəri Şücayət Nağdalıyev, “Aslanbəyli” idman klubunun rəhbəri Vaqif Süleymanov, Qazax boks klubunun rəhbəri Aqşin Mansurov, Qazax boks məktəbinin rəhbəri Azər Əhmədov iştirak ediblər. 


İcra başçısı Rəcəb Babaşov çıxış edərək idmançıları salamlayıb, bugünkü görüşün əhəmiyyətindən söz açıb. İcra başçısı sazın, sözün beşiyi sayılan Qazaxın həm də idmançıları ilə tanındığını qeyd edib. Hər zaman sərbəst güləşdə adını tarixə yazdıran qazaxlı idmançıların yarışlarda, çempionatlarda, birinciliklərdə qızıl, gümüş, bürünc medallar əldə etdiklərini vurğulayıb. Rayon rəhbəri bildirib ki, bu gün qürurverici haldır ki, Qazax idmançıları ağır atletika idman növündə də adlarını tarixə yazdıra bildilər. Eyni zamanda, idmanın bir çox növlərində uğur qazanmaqda davam edirlər. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının bu gün də davam etdirildiyini vurğulayıb. Rayon rəhbəri həmin qayğının Qazaxda da hiss olunduğunu diqqətə çatdırıb. Qazax Olimpiya İdman Kompleksinin inşa olunmasını, idmançılar üçün idman zallarının yaradılmasını həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib.


İdman klublarının rəhbərlərini dinləyən icra başçısı klubların hazırki mövcud vəziyyəti, ötən illər ərzində qazandıqları nailiyyətlər, uğurlar barədə maraqlanıb. Klub rəhbərlərinə qarşıda duran vəzifələri, təkliflərini bildirmələrini, Qazax-Tovuz Regional Gənclər və İdarəsi ilə birgə Qazaxda idmanın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülməsi, birlikdə idman yarışlarının, turnirlərin keçirilməsi üçün lazımi addım atmalarını bildirib. Rayon rəhbəri ölkə başçısının, Birinci vitse-prezidentin idman sahəsinə, idmançılara olan qayğısını əldə rəhbər tutaraq hər zaman onlara dəstək olmağa hazır olduğunu vurğulayıb. 


Qazax-Tovuz Regional Gənclər və İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək bugünkü görüşə, idman sahəsinə, idmançılara göstərdiyi qayğıya, dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. İdarə rəisi Qazaxda fəaliyyət göstərən klublarla birgə bölgəmizdə idmanın futbol, qol güləşi, cüdo, karate, taekvando, boks, kikboksinq, MMA, ağır atletika, Yunan-Roma güləşi, sərbəst güləş növlərində daha böyük uğurların əldə olunması, bu idman növlərində regionlar arasında yarışların, turnirlərin keçirilməsi üçün idman klublarının Qazax-Tovuz Regional Gənclər və İdarəsi ilə əməkdaşlıq etmələrini söyləyib. Klublarda fəaliyyət göstərən idmançıların daha böyük uğur əldə etmələri üçün onlara dəstək olacağını, bu sahədə əlindən gələni əsirgəməyəcəyini qeyd edib. 

Klub rəhbərləri öz növbələrində onlarla keçirilən bugünükü görüşə və göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.

Səmimi söhbət əsasında keçən görüşün sonunda klub rəhbərləri ilə xatirə şəkli çəkdirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş