• Təqvim

  • Maraq



Millət vəkili Ülviyyə Ağayeva bu gün Çaylı və Cəfərli kəndlərində yaşayan sakinlərlə görüşüb


106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva Qazaxda növbəti dəfə seçiciləri ilə görüşüb.

Avqustun 2-də millət vəkili Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə rayonun Çaylı və Cəfərli kəndlərində yaşayan sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib. 

Kənd sakinlərini salamlayan icra başçısı Rəcəb Babaşov səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri keçirilən bütün görüşlərdə olduğu kimi, millət vəkili ilə olan bugünkü görüşün də arxasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını bildirib.  

İcra başçısı Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda hər zaman ön plana çəkildiyini bildirib. Bu gün Milli Məclisin deputatı Ülviyyə Ağayevanın sakinlərlə keçirdiyi görüşü vətəndaşlara olan qayğının əyani sübutu kimi qiymətləndirən rayon rəhbəri bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini qeyd edib. 

Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək sakinləri salamlayıb, xoş arzularını çatdırıb. Qeyd edib ki, bu gün respublikamızın bölgələrində olan inkişafı Qazaxın, hətta, rayonun kəndlərində aparılan genişmiqyaslı quruculuq işlərindən aydın şəkildə görmək olur. Ölkə başçısının rəhbərliyi altında bölgələrimizin, eləcə də Qazaxımızın siması sözün yaxşı mənasında gündən-günə dəyişir. Daha abad və yaraşıqlı olur. Bütün bunlar isə bir vətəndaş kimi məni çox sevindirir. Qürur hissi duyuram ki, bu gün dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət Qazaxda olduğu kimi icra olunur. Ən əsası isə rayonda vətəndaş amili hər zaman ön planda tutulur. Millət vəkili sərhəddə yaşayan sakinlərə, şəhid ailələrinə, qazilərə göstərilən qayğını yüksək qiymətləndirib. Vətəndaşlara olan səmimi münasibətə, göstərilən qayğıya görə rayon rəhbərinə bir millət vəkili olaraq razılığını bildirib, ziyalılar adından təşəkkürünü çatdırıb. Ü.Ağayeva seçicilərinin ona olan etimadını hər zaman yüksək qiymətləndirdiyini və o etimadı layiqincə doğrultmağa çalışdığını qeyd edib. Onlara olan diqqətin, qayğının bundan sonra da olduğu kimi davam edəcəyini söyləyib. 

Millət vəkili ilə səmimi söhbət edən Çaylı kənd sakinlərindən ağsaqqal Qəzənfər Qocayev, Camoy Qurbanov, Məhəmmədəli Məşədiyev, Cəfərli kənd sakinlərindən ağsaqqal Seyfəddin Vəliyev və başqaları dövlətin, ölkə başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını çatdırıblar. Dövlət tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını qeyd edən sakinlər onlara verilən dəyərə görə Respublika Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya kənd sakinləri adından təşəkkür ediblər. Onlarla olan bugünkü görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə razılıqlarını ifadə ediblər.

Hər iki görüşdə sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilib. Sakinlərin səsləndirdikləri hər bir məsələyə həssaslıqla yanaşılacağı bildirilib. Həlli mümkün olan məsələlərlə bağlı elə yerindəcə rayon rəhbərliyi tərəfindən aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.  

Görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova da iştirak ediblər.

Çaylı kəndində olan görüşdən



Cəfərli kəndində olan görüşdən


GOYEZEN.AZ



Facebook-da paylaş