• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində qonaq olan tovuzlu məktəblilərlə görüşüb


Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi Qazax-Tovuz Regional Təhsil İdarəsi ilə birgə 2023-cü ilin yanvar ayından başlayaraq Mərkəzin baş  məsləhətçisi Yeganə Göyüşlünün təşəbbüsü və rəhbərliyi ilə “Həyat hekayələri” layihəsini həyata keçirir. 

Layihənin əsas məqsədi şagirdlərdə bədii ədəbiyyata sevginin yaradılması və mütaliə vərdişlərinin inkişaf etdirilməsidir. Bu məqsədlə Regiona daxil olan 5 rayonun ümumtəhsil mıktəblərinin VII-IX sinif şagirdləri ilə yanvar-aprel ayları ərzində görkəmli ədib Mir Cəlal Paşayevin, Xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının və İsa Muğannanın hekayələri oxunmuş, həmin rayonlarda iştirakçı şagirdlərlə görüşlər təşkil olunaraq müzakirələr aparılmışdır. 

Layihənin ikinci mərhələsində bu müzakirələrdə fərqlənən şagirdlərin, onların müəllim və direktorlarının ADA Universitetinin Qazax Mərkəzinə səfərləri təşkil olunur. 

Mərkəzdə icra olunan 2 hissəli proqram çərçivəsində müəllim və şagirdlərə öncə Qazax Müəllimlər Seminariyasının tarixi, Azərbaycan təhsil tarixində müstəsna rolu, Seminariyanın yaradıcısı, görkəmli maarifçi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı, pedaqoji, ictimai-siyasi fəaliyyəti barədə məlumat verilir. Seminariyanın yaranması tarixi və Firidun bəy Köçərli haqqında video-roliklər təqdim olunur. 

Diqqətə çatdırılır  ki, 1918-ci ildən fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyasının tarixi binasının 2021-ci ilin sentyabrından ADA Universitetinin rektoru Hafiz Paşayevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə əsaslı şəkildə yenidən qurulmasına başlanılmış, bir ildən sonra tələbələrin istifadəsinə verilmişdir. Müəllim və şagirdlər Mərkəzdə tədris olunan magistr ixtisasları və gələcəkdə açılacaq yeni ixtisaslar barədə də məlumatlandırılır. 

Eyni zamanda, “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlər çərçivəsində “Heydər Əliyev və Azərbaycan təhsil siyasəti” adlı mövzu təqdim olunur. Heydər Əliyevin Qazax Müəllimlər Seminariyasına verdiyi yüksək dəyərdən danışılır. 

Daha sonra şagirdlər oxuduqları hekayələrin təhlil xarakterli qısa xülasəsini yazır, mütaliə niyə vacibdir? sualını yazılı şəkildə cavablandırırlar.  


Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin bugünkü qonaqları “Həyat hekayələri” adlı layihədə iştirak edən Tovuz və Şəmkir məktəbliləri, onların müəllim və direktorları olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məktəblilərlə görüşüb, onları təhsilin, elmin beşiyi sayılan, Qərbin qapısı olan Qazaxda, xüsusilə də yeni nəfəs verilən Qazax Müəllimlər Seminariyasında görməkdən məmnunluq hissi duyduğunu söyləyib. Məktəblilərlə səmimi söhbət edən rayon rəhbəri layihədə iştiraklarına görə razılığını ifadə edib və gələcək işlərində uğurlar arzulayıb. 

GOYEZEN.AZ



Facebook-da paylaş