İcra Başçısı məktəblilərlə görüşüb
Bu gün Qazax rayonunda daim diqqət mərkəzində saxlanılan təhsil sahəsi qazanılan uğurları, əldə olunan yüksək göstəriciləri ilə fərqlənir. İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya öz töhfəsini verir. Qazax təhsilinin növbəti uğuru isə İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbin tarix müəllimi İlham Mustafayev, fransız dili müəllimi Həbibə Mustafayeva və məktəbin şagirdləri tərəfindən qazanılıb. Müəllimlərin və şagirdlərin şəxsi təşəbbüsü ilə Azərbaycan həqiqətlərini fransız dilində bütün dünyaya çatdırmaq istəyi həm rayonun, həm də Kosalar kəndinin uğurudur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin müəllim və şagirdləri qəbul edib.
Uşaqlarla səmimi söhbət edən rayon rəhbəri onları dinləyərək tarixi keçmişimiz, dünənimiz və bu günümüzlə bağlı təəssüratlarını öyrənib.
Sonra 26 Fevral - Xocalı faciəsi, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü və 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar məktəblilərin fransız dilində hazırladıqları videoçarxlar nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək müəllimləri, məktəbliləri qazandıqları uğur münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb.
Qazax rayonunun ölkəmizdə təhsilin beşiyi sayıldığını bildirən İcra Başçısı bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən qayğının nəticəsidir ki, bu gün Azərbaycan təhsili özünün intibah dövrünü yaşayır. Günü-gündən xarici ölkələrdə təhsil alan gənclərimizin sayının artması, yüksək təhsilli gənc kadrların önə çəkilməsi təhsilin səviyyəsinin artmasından xəbər verir. Bu cür layihələr hazırlayaraq tariximizi bütün dünyada tanıtmaq istəyi də təhsilin inkişafı deməkdir.
İcra Başçısı bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da təhsil sahəsi ildən-ilə inkişaf edərək daha böyük bəhrə verir. Ona görə də bu sahə ən yüksək səviyyədə olmalı, daha çox inkişaf etməlidir.
Rayon rəhbəri bildirib ki, bu gün bu gözəl balaları qəbul etməkdə əsas məqsədim onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə fərqlənən uşaqları daha da ruhlandırmaqdır. Nəinki bu uşaqlara, eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmək lazımdır.
Layihənin təşəbbüskarı olan fransız dili müəllimi Həbibə Mustafayeva çıxış edərək bildirib ki, bu cür layihəni təşkil etməkdə əsas məqsədimiz 256 milyon insanın danışdığı fransız dilində Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmağıydı. Xarici dövlətlərə ölkəmizin tarixi keçmişini olduğu kimi tanıtmağıydı. Bu gün hazırladığımız videoçarxların bütün xarici səhifələrdə paylaşılması və geniş oxucu kütləsi tərəfindən böyük rəğbətlə qarşılanması bizim üçün böyük uğurdur. Xüsusilə də Fransada bu videoçarxlara yüksək rəy verilməsi həm rayonumuzun, həm də məktəbimizin uğurudur. Çünki biz zəngin olan tariximizi xarici dildə bütün dünyaya tanıda bildik.
H.Mustafayeva rayonda təhsilin səviyyəsinin qaldırılması məqsədilə gördüyü işlərə görə rayon rəhbərinə minnətdarlığını bildirərək bugünkü görüşün onlara göstərilən qayğının bariz nümunəsi olduğunu bildirib.
Səmimi söhbət əsasında keçən görüşdə məktəblilər də öz ürək sözlərini bildirib, arzu və istəklərini çatdırıblar.
Kosalar kənd tam orta məktəbin X sinif şagirdlərindən Mədinə Mustafayeva, Ayxan Əsədzadə, Cəlil Nəsibzadə, IX sinif şagirdlərindən Günel Rzazadə, Aysel Nəsibzadə, VIII sinif şagirdlərindən Said Mustafazadə, Aydan Əsədzadə, Cavid Nəsibzadə, VII sinif şagirdi Xədicə Cəfərova, VI sinif şagirdlərindən Teybə Quluzadə, Aynur Musazadə, Jalə Əlizadə, Türanə Hüseynova, Niftalı Əlizadə, IV sinif şagirdi Azərin Mustafazadə onlarla keçirilən bu görüşün həyatlarında böyük əhəmiyyət daşıdığını qeyd ediblər. Göstərilən diqqət və qayğının etimadı olaraq bundan sonra da dərslərini daha yaxşı oxuyacaqlarını və bu cür layihələr təşkil edərək məktəblərinin adını daim uca tutacaqlarını söyləyiblər.
Tədbirdə iştirak edən məktəbin direktoru Samir Hüseynov, məktəbin fransız dili müəllimi Hicran Eyyubova, rayon Təhsil şöbəsində metodkabinetin müdiri Məhəmməd Cəfərov, Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova, şəhər 3 saylı tam orta məktəbin xarici dil müəllimi Tahirə Xasməmmədova çıxış edərək Qazax rayonunda ictimai həyatın bütün sahələrinə, o cümlədən də təhsil sahəsinə bu cür diqqət və qayğı göstərdiyinə, şagirdlərə mənəvi dəstək olduğuna görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rayonun bütün təhsil işçiləri adından dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, sizin diqqət və qayğı göstərməyiniz istər müəllimlərdə, istərsə də şagirdlərdə özünə inam hissini artırır.
Səmimi keçən görüşdə məktəblilər Fransada yaşayan həmyerlimiz Qəni Novruzovun onlara ünvanladığı təbrik məktublarını da oxuyublar. Şagirdlərdən Aynur Musazadə rayon rəhbərinə yazdığı şeirini və Teybə Quluzadə isə hədiyyəsini təqdim ediblər.
Rayon rəhbəri görüşə yekun vuraraq bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib, istər müəllimlərə, istərsə də məktəblilərə dərslərində daha böyük müvəffəqiyyətlər qazanmalarını arzulayıb. İstər tariximizin, istərsə də xarici dilin öyrənilməsi və inkişaf etdirilməsi məqsədilə həyata keçirdikləri layihələrin davamlı olmasını bildirib və bunun üçün hər cür dəstək olmağa hazır olduğunu qeyd edib.

GOYEZEN.AZ
Facebook-da paylaş