• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı iməcilik keçirilən qəbiristanlıqlarda görülmüş işlərlə tanış olub


Qazax rayonunda şəhər və kənd qəbiristanlıqlarında iməciliklərin keçirilməsi artıq bir ənənə halını alıb. İstər bayram ərəfələrində, istərsə də adi günlərdə bütün qəbiristanlıqlarda iməcilik keçirilir. 

İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik, abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Ərazi iri otlardan, kol-kosdan təmizlənir, ehtiyac olan yerlərdə qəbiristanlıqların ətrafına yeni dəmir tor çəkilir, giriş qapıları rənglənir.

Mayın 20-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iməcilik keçirilən şəhər və kənd qəbiristanlıqlarında olub. Daş Salahlı, Çaylı, Hüseynbəyli kənd və şəhər qəbiristanlıqlarında olan rayon rəhbəri görülən təmizlik işləri ilə maraqlanıb.

Məlumat üçün qeyd edək ki, iməcilik bazar günü də davam edəcəkdir.

Daş Salahlı kənd qəbiristanlığına baxış

Çaylı kənd qəbiristanlığına baxış

Şəhər və Hüseynbəyli kənd qəbiristanlığına baxış

GOYEZEN.AZ



Facebook-da paylaş