• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı ölkəmizdə vətəndaş amilinin ön plana çəkilməsini göstərir. Ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr də bu məqsədi daşıyır. 

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.


Aprelin 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fərdi şəkildə görüşmək istəyən 9 nəfər vətəndaşı qəbul edib. Qarapapaq, Aşağı Salahlı, Daş Salahlı, Hüseynbəyli, Ağköynək kəndlərindən və Qazax şəhərindən müraciət edən vətəndaşların müxtəlif məzmunlu istəklərini dinləyib.

Vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etmələri bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb. 

GOYEZEN.AZ



Facebook-da paylaş