• Təqvim

  • Maraq



Qazaxda “Heydər Əliyev İli” çərçivəsində iməcilik keçirilib


Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar respubikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər keçirilir.

Martın 4-də “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş iməcilik keçirilib.

Ulu Öndərin adını daşıyan parkda, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksində, Şəhidlər Xiyabanında, şəhərin mərkəzində yerləşən Fəxri Qazaxlılar parkında təmizlik işləri aparılıb, ağaclar əhənglənərək suvarılıb, səliqə-səhman yaradılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş