• Təqvim

  • Maraq



İcra başçısı Kəmərli, Qaymaqlı və Aslanbəyli kəndlərində sakinlərin içməli su təminatının yaxşılaşdırılması məqsədilə görülən işlərlə yerində tanış olub


Dövlət hər zaman öz vətəndaşının yanındadır. Ölkəmizdə bütün sahələrdə vətəndaş amilinin, vətəndaş məmnunluğunun əsas götürülməsindən bunu aydın şəkildə görmək olur. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğı onu söyləməyə əsas verir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətini təşkil edir.

Dövlətin, ölkə başçısının diqqət və qayğısı Qazax rayonunda da hər zaman hiss olunur. Bu gün rayonun elə bir kəndi, qəsəbəsi, küçəsi olmaz ki, orada yaşayan sakinlər dövlətin qayğısı ilə əhatə olunmasın. Qazaxda rayonun bütün yaşayış məntəqələri ilə yanaşı, sərhəddə yerləşən Kəmərli, Qaymaqlı, Aslanbəyli kəndlərində yaşayan vətəndaşlar da daim dövlət qayğısını hiss edirlər. Kənd sakinlərinin qaldırdıqları məsələlər, səsləndirdikləri fikirlər zamanla öz müsbət həllini tapır. Və bu, bu gün də davam etdirilir. 


Hazırda Qazax rayonun Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərində əhalinin içməli su təchizatı ilə təmin edilməsi məqsədilə bulaq komplekslərinin tikilməsi dediklərimizin bariz nümunəsidir. “Azərsu” ASC tərəfindən sözügedən kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə bulaq komplekslərinin və su anbarlarının inşa olunması dövlətin vətəndaşına olan növbəti qayğısıdır.

Fevralın 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Kəmərli, Qaymaqlı və Aslanbəyli kəndlərində sakinlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə görülən işlərlə yerində tanış olub. Bulaq kompleksləri və su anbarlarının tikintisi ilə bağlı görülmüş işlərin icra vəziyyəti ilə maraqlanıb. 


Daha sonra icra başçısı kəndlərdə yaşayan şəhid ailələrinin evlərində olub, hər bir şəhid ailəsinin yaşadığı evə su xətlərinin çəkilməsi ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib. 

Kənd sakinləri vətəndaşlara göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Uzun illərdir mövcud olan içməli su probleminin aradan qaldırılmasına görə ölkə başçısına, əməyi, əziyyəti keçən insanlara razılıqlarını ifadə ediblər.

GOYEZEN.AZ



Facebook-da paylaş