• Təqvim

  • Maraq



Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov Qazaxda vətəndaşları qəbul edib


Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov yanvarın 13-də məhkəmə fəaliyyəti ilə bağlı Qazax rayonunda vətəndaşları Qazax Rayon Məhkəməsinin inzibati binasında qəbul edib.

Vətəndaşların qəbulundan əvvəl Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov, Qazax Rayon Məhkəməsinin sədri Nemət Musayev Ulu Öndər Heydər Əliyevin Qazax rayonunun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Qəbulda vətəndaşlar konkret məhkəmə və icra işləri üzrə onları narahat edən məsələləri məhkəmə sədrinin diqqətinə çatdırmış və qanunamüvafiq həll olunması üçün köməklik göstərilməsini xahiş etmişlər.

Qəbula gələn vətəndaşların hər biri Gəncə Apellyasiya Məhkəməsinin sədri tərəfindən dinlənilmiş, sədr tərəfindən vətəndaşların müraciətlərində qaldırılan və onları narahat edən halların diqqətlə öyrəniləcəyi, bilavasitə məhkəmənin səlahiyyətlərinə aid və məhkəmənin icraatındakı işlərlə bağlı olan məsələlərin qanunauyğun şəkildə və ədalət prinsipi gözlənilməklə həll ediləcəyi bildirilmişdir. O, fəaliyyətlərində müstəqil olan hakimlər tərəfindən qanunvericiliyin müddəalarına uyğun tam və obyektiv araşdırmanın, ədalətli məhkəmə aktının qəbul edilməsinin təmin olunmasının ölkədə aparılan məhkəmə-hüquq islahatlarının hədəfi olduğunu, bu istiqamətdə davamlı olaraq zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırmış, digər məsələlər üzrə müvafiq izahlar vermiş və əməli köməklik göstərmişdir.

Vətəndaşların qəbulundan sonra Gəncə Apellyasiya Məhkəməsinin sədri Qazax Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmləndirilməsi üçün hakimlərin və məhkəmə işçilərinin üzərinə düşən vəzifələrdən danışaraq, qeyd olunan məsələlərlə bağlı öz tapşırıq və tövsiyələrini vermişdir.

https://courts.gov.az/az/ganjaappeal/displaynews/Yanvarin-13-d-Gnc-Apellyasiya-Mhkmsinin-sdri-Mirbahddin-Huseynov-Qazax-rayonunda-vtndaslari-qbul-edib_1318



Facebook-da paylaş