• Təqvim

  • Unutma

  • Maraq



Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi

Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi
Bu fikirlər 18 oktyabr – Dövlət Müstəqilliyi günü ilə əlaqədar Qazax rayonunda keçirilən tədbirdə səslənib

Tədbir iştirakçıları Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.

İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qeyd edib ki, 26 il bundan əvvəl, Azərbaycan Respublikası Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilmiş sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını yekdilliklə qəbul etmişdir.

Dövlət müstəqilliyini bərpa edən Azərbaycan həmin illərdə çox ciddi sınaqlar və təhlükələrlə üzləşməli oldu. İdarəetmədəki kobud nöqsanlar, cəbhədəki uğursuzluqlar, ordudakı hərc-mərclik nəticəsində 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək kimi real təhlükə ilə üz-üzə qalmışdı.
Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi
Belə bir ağır və mürəkkəb dövrdə zəngin siyasi təcrübəyə və böyük dövlətçilik qabiliyyətinə malik Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu.

Ulu öndərin hakimiyyətə qayıdışından sonra ağır vəziyyətdə olan ölkənin problemlərinin həlli istiqamətində konkret addımlar atılmağa başlandı. 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsi, dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addım oldu. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas oldu.

Xarici siyasətdə də mühüm nailiyyətlər əldə olundu. 1994-cü ilin sentyabrın 20-də Azərbaycanda yaranan sabitliyin və beynəlxalq aləmdə ölkəmizə artan inam və marağın məntiqi nəticəsi kimi dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan neft sazişi imzalandı.

Ümummilli liderimizin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında hazırda Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə çox böyük tərəqqi əldə etmişdir. Bu gün dövlətimiz dünya birliyində özünə layiqli yer tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz qazanmışdır.
Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi
Müstəqilliyimizin 26-cı ildönümünü qeyd edərkən bir daha qürur və iftixar hissi ilə deyə bilərik ki, qazandığımız uğurlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir. Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

Azərbaycan 26 il ərzində inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində böyük uğurlar əldə etmişdir. Son 14 ildə ölkədə həyata keçirilən effektli iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyini, işləkliyinə nail olmuşdur. Bütün bunlar bir daha təsdiqləyir ki, son 14 ildə iqtisadi və inkişaf göstəricilərinə görə dünya miqyasında lider mövqeyini saxlamış Azərbaycanda həyata keçirilən siyasət məhz insan amilinin yüksəlişinə xidmət etmişdir.

İlk Avropa Oyunlarının, Formula 1 yarışlarının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, BMT-nin Sivilizasiyalar Alyansının Vll Qlobal və 5-ci Bakı Beynəlxalq Humanitar Forumlarının, İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi bir daha göstərdi ki, bu gün Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür və dünyada multikultural dəyərlərin mərkəzi kimi tanınır.

Digər istiqamətlərdə də bütün işlər plan üzrə gedir. “Cənub Qaz Dəhlizi”, Bakı-Tbilisi-Qars dəmir yolunun tikinti layihəsi uğurla icra edilir, Azərbaycan çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Artıq uzaq məsafədən göndərilən yük konteynerləri Azərbaycan ərazisindən keçir. Çox güclü nəqliyyat infrastrukturu yaratmaqla ölkəmizin uzunmüddətli siyasi, iqtisadi maraqlarını təmin ediləcəkdir.

Bundan başqa “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmışdır. Kontraktın müddəti 2050-ci ilə qədər uzadılmış və kontraktda Azərbaycan üçün daha da yaxşı şərtlər təmin edilmişdir.

Azərbaycanın iqtisadi sahədə uğurlarından biri də Davos Dünya İqtisadi Forumunun hesablamalarıdır. 140 ölkə arasında keçirilmiş bu təhlil, ölkələrin rəqabətqabiliyyətliliyini əks etdirən bu hesabat göstərir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkələr sırasındadır.

Bu il tarixi hadisələrdən biri də Cocuq Mərcanlı kəndinin yenidən qurulmasıdır. Cocuq Mərcanlı kəndi bərpa edilmişdir, indi orada yeni qəsəbə salınır, 50 evdən ibarət qəsəbənin açılışı olmuşdur, əlavə 100 evin tikintisi prosesi gedir. Məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir. Orada iş yerləri ilə bağlı bir çox məsələlər öz həllini tapır.

Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərin – təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycanda insanların mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir.

Əminliklə demək olar ki, Azərbaycan xalqının uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

Ötən dövr ərzində ölkəmizin bütün regionlarında olduğu kimi rayonumuzda da böyük tikinti, quruculuq və abadlıq işləri aparılmış, yeni yollar, su xətləri çəkilmiş, körpülər salınmış, sənaye obyektləri tikilmiş, yeni iş yerləri açılmışdır. Rayonda yeni parklar salınmış, təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri, inzibati binalar tikilərək istifadəyə verilmişdir. Şəhərdə geniş abadlıq və quruculuq işləri aparılmış, köhnə binaların və fərdi yaşayış evlərinin dam örtükləri dəyişdirilmiş, çoxmənzilli binalarda əsaslı təmir işləri aparılmış, şəhərin siması əsaslı şəkildə dəyişmişdir. Hazırda 145 çarpaylıq Xəstəxana kompleksinin, Xalça müəssisəsinin, 1 saylı körpələr evi-uşaq bağçasının, 2 əhəng zavodunun tikintisi davam etdirilir.

Bundan başqa kəndlərdə yolların tikintisi və təmiri, şəhidlər xiyabanlarının yenidən qurulması, körpələr evi-uşaq bağçalarının, məktəblərin, mədəniyyət evlərinin əsaslı təmiri, içməli su xətlərinin çəkilməsi, subartezian quyularının qazılması, elektrik kabellərin SİP kabellə əvəz olunması işləri davam etdirilir.

YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov, AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax RİHB aparatında baş məsləhətçi Vəfa Cəbiyeva, “Avey“ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək müstəqillik günü ilə əlaqədar öz fikir və arzularını bildiriblər.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq Dövlət Müstəqilliyi günü münasibətilə bütün tədbir iştirakçılarını və rayon sakinlərini bir daha təbrik edib, müstəqilliyimizin daha da möhkəmləndirilməsi yolunda ən xoş arzularını bildirib.

Elçin İSMAYIL

Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi
Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi
Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi
Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi
Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi
Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi
Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi


Facebook-da paylaş