• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Qaymaqlı və Aslanbəyli kəndlərində əsaslı şəkildə təmir olunan kənd həkim məntəqələrinə baxış keçirib


Son illər Qazaxda bütün sahələrlə yanaşı, səhiyyə sahəsi də daim diqqət ayrılan sahələrdəndir. Bunu rayonda müasir standartlara cavab verən mərkəzi xəstəxananın inşa olunmasından, kənd həkim və tibb məntəqələrinin tikilməsindən, əsaslı şəkildə təmir edilməsindən aydın şəkildə görmək olur.

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rayonun daha iki kəndində - Qaymaqlı və Aslanbəyli kəndlərində həkim məntəqələrinin əsaslı şəkildə təmir olunması dediklərimizin bariz nümunəsidir. 

Dekabrın 20-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qaymaqlı və Aslanbəyli kəndlərində olub, əsaslı şəkildə təmir olunan həkim məntəqələrinə baxış keçirib.  

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova Beynəlxalq Qızıl Xaç Komitəsinin sifarişi ilə podratçı “Osman” MMC tərəfindən görülmüş işlər barədə məlumat verərək hər iki məntəqənin əsaslı şəkildə yüksək səviyyədə təmir olunduğunu bildirib. Məntəqələrə müasir istilik sisteminin çəkildiyini, otaqların, sanitar qovşaqların günün tələblərinə cavab verən səviyyədə təmir edildiyini qeyd edib. Hazırda məntəqələrdə avadanlıqların yerləşdirildiyini, son tamamlanma işlərinin aparıldığını vurğulayıb.

Həkim məntəqələrinin əməkdaşları səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara olan dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya öz adlarından və kənd camaatı adından minnətdarlıqlarını bildiriblər. Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyinə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində atdıqları nümunəvi addımlarına görə təşəkkürlərini çatdırıblar.  

Qaymaqlı kənd həkim məntəqəsinə baxış 

Aslanbəyli kənd həkim məntəqəsinə baxış


Qaymaqlı kənd həkim məntəqəsi təmirdən əvvəl

Qaymaqlı kənd həkim məntəqəsi təmirdən sonra

Aslanbəyli kənd həkim məntəqəsi təmirdən əvvəl


Aslanbəyli kənd həkim məntəqəsi təmirdən sonra

GOYEZEN.AZ



Facebook-da paylaş