• Təqvim

  • Maraq



YAP-ın təsis edilməsinin 30 illiyi ilə əlaqədar Qazaxda ağacəkmə aksiyası keçirilib


Noyabrın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə partiyanın Qazax Rayon Təşkilatının təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatının sədrləri, veteranları, partiyanın fəalları, könüllülər iştirak ediblər.

Aksiya çərçivəsində Qazaxın girişində Təyyarə Abidə Kompleksinin ətrafında 80 ədəd şam və 20 ədəd ərik ağacı əkilib, əkilən ağaclar suvarılıb.

Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin təhlükəsizliyinin və insanların sağlamlığının təmin edilməsinə töhfə verməkdir.

GOYEZEN.AZ



Facebook-da paylaş