• Təqvim

  • Maraq



İcra başçısı Ağköynək və Qarapapaq kənd sakinlərini narahat edən məsələ ilə yerində tanış olub


Müstəqil Azərbaycanımızda yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etməsi, xüsusilə də cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurlarına nümunədir. Bu, eyni zamanda vətəndaş məmnunluğunun təmin olunması deməkdir. 


Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazaxda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə önəm verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir.


Oktyabrın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri ilə birlikdə ərizə ilə müraciət etmiş Ağköynək və Qarapapaq kənd sakinlərini narahat edən məsələ ilə yerində tanış olması vətəndaşlara göstərilən qayğının əyani təzahürüdür. 

Sakinlər Ağköynək kəndində yerləşən “N” saylı hərbi hissəyə məxsus su-kanalizasiya xəttinin yaşadıqları ərazini çirkləndirdiyini və bundan narahat olduqlarını bildiriblər. Sakinlərin mövcud məsələ ilə bağlı müraciətlərini diləyən rayon rəhbəri hər zaman olduğu kimi, qaldırılan bu məsələyə də həssaslıqla yanaşılacağını, həlli istiqamətində lazımi addımların atılacağını bildirib. 

Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ



Facebook-da paylaş