Qazaxda ötən gün düşmən təxribatının qarşısını alarkən yaralanan hərbçilərimizin ailələri ziyarət olunub
2022-ci il sentyabrın 12-dәn etibarәn Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan şəhidlərimizlə yanaşı, yaralılarımız da oldu.
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Qazaxın igid oğulları da qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə və xalqımızın qəlbinə qızıl hərflərlə yazdırdılar. Döyüş zamanı Qazax rayonundan olan 12 nəfər hərbi qulluqçumuz yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Sentyabrın 17-də Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, həmin şöbədə böyük məsləhətçi Məhəmməd Xəlilli, Hüquq şöbəsində məsləhətçi Aqil Alıcanov Bakı və Gəncə şəhərlərində Hərbi Hospitallarda müalicə alan hərbi qulluqçularımızın ailələrini ziyarət ediblər.
Canalı, Qazaxbəyli, Orta Salahlı, Yuxarı Salahlı, Birinci Şıxlı, Abbasbəyli və Ürkməzli kəndlərində yaralılarımızın ailələri ilə görüşən birinci müavin və deputat köməkçisi Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, millət vəkili Səməd Seyidovun səmimi ürək sözlərini çatdırıb, onların övladlarının tək olmadıqlarını, dövlətin hər zaman yanlarında olduğunu qeyd ediblər.
Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün xalqımızın hərbçilərimizlə, Vətən uğrunda canından keçən şəhidlərimizlə, sağlamlıqlarını itirən qazilərimizlə qürur duyduqlarını bildiriblər. İllər ötsə belə bizlərə 44 günlük Vətən müharibəsində qələbə bəxş edən oğullarımızın, eləcə də sentyabrın 12-dən etibarən düşmən təxribatının qarşısını alarkən şəhid olan, yaralanan qəhrəmanlarımızın heç vaxt unudulmayacağını söyləyiblər. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, qazilərimizə, onların atalarına, analarına, ailə üzvlərinə olan münasibətlərinin, göstərdikləri qayğının hər bir dövlət məmuruna, eləcə də hər bir vətəndaşa örnək olduğunu vurğulayıblar. Qazaxda ilk gündən əsas götürülən bu amilin bundan sonra da belə davam edəcəyini söyləyiblər.
Yaralılarımızın ailələri övladlarına, eləcə də digər hərbçilərimizə, yaralılarımıza göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, millət vəkili Səməd Seyidova və icra başçısına minnətdarlıqlarını bildiriblər. Bugünkü ziyarəti hərbçilərimizə, yaralılarımıza olan dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndiriblər.
Canalı kənd sakini, gizir Yusifov Samir Cahangir oğlunun ailəsini ziyarət
Qazaxbəyli kənd sakini, əsgər Binnətov Elsevər Emil oğlunun ailəsini ziyarət
Orta Salahlı kənd sakini, əsgər Niyazəliyev Niyaz Əsgər oğlunun ailəsini ziyarət
Yuxarı Salahlı kənd sakini, mayor Mustafayev İskəndər Osman oğlunun ailəsini ziyarət
Birinci Şıxlı kənd sakini, əsgər Nəbiyev Oruc Mahmud oğlunun ailəsini ziyarət
Abbasbəyli kənd sakini, əsgər Quluyev Ülvi Babək oğlunun ailəsini ziyarət
Ürkməzli kənd sakini, əsgər Rəhimov Osman Yaşar oğlunun ailəsini ziyarət
GOYEZEN.AZ
Facebook-da paylaş