• Təqvim

  • Maraq



DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Qazax şəhərində vətəndaşları qəbul edib


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

Avqustun 9-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Qazax şəhərindəki Gənclər Evində Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.

DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qəbuldan öncə Qazax şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Mərkəzi ziyarət edilərək əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qazax, Ağstafa və Tovuz rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul,  idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb,  araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlarını verib. 

  DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

https://customs.gov.az/az/faydali/xeberler/5031



Facebook-da paylaş