• Təqvim

  • Maraq



Qazaxın Daş Salahlı kəndində yetkinlik yaşına çatmayan qızın erkən nikaha daxil olmasının qarşısı alınıb


Qazaxda rayonun hüquq-mühafizə orqanları və Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması, erkən nikahın qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

İyunun 18-də Qazax rayonunun Daş Salahlı kəndində yetkinlik yaşına çatmayan qıza toy mərasiminin keçirilməsi rayonun polis əməkdaşları tərəfindən dərhal dayandırılıb, qurulan çadır sökülüb. 

Toy sahibi Daş Salahlı kənd sakini Vanoy Nəsibova gəlininin nikah yaşı tamam olmadığı üçün toy mərasimi keçirə bilməyəcəyi qanunamüvafiq qaydada izah olunub. Əks təqdirdə övladının qanun qarşısında cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş