Qazaxda icra başçısı səhiyyə sahəsində çalışan tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib
Ən
çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz
tuturuq. Gecənin hansı
vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən asılı olmayaraq, həmişə bizi
diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə
məlhəm olurlar. Bu gün, iyunun 17-si onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin
peşə bayramıdır. Azərbaycanda
ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır. Azərbaycan Xalq
Cümhuriyyətinin 17 iyun 1918-ci il tarixli Sərəncamı ilə Səhiyyə Nazirliyi
təşkil olunub. İlk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb
fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib.
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən,
Səhiyyə Nazirliyinin təşkil olunduğu tarix - iyunun 17-si ölkədə Tibb
İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Respublikamızın hər yerində olduğu kimi, Qazax səhiyyəsində
çalışan tibb işçilərinin də peşə bayramı qeyd edilib. İyunun 17-də Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Qazax Rayon Mərkəzi Xəstəxanasında
olub, burada çalışan tibb işçilərini 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edib, səmimi
ürək sözlərini çatdırıb. Bu gün həm də Vətən müharibəsinin qazaxlı şəhidi, ölümündən
sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə
görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”
medalları ilə təltif olunmuş, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir
oğlunun da cənnətdəki peşə bayramıdır. Əlamətdar gündə qəhrəman şəhidimiz də
yad olunub. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Rayon
Mərkəzi Xəstəxanasının qarşısında şəhidimizin adını əbədiləşdirən bulağa gül
dəstəsi düzərək igid Vətən oğlunun əziz xatirəsini ehtiramla yad edib. Əlamətdar gün münasibətilə rayonda çalışan bütün səhiyyə
işçilərini təbrik edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov əhalinin sağlamlığının keşiyində dayanan həkimlərimizin əməyinin
danılmaz olduğunu bildirib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə səhiyyə
sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri Azərbaycan dövlətinin səhiyyənin inkişafına hər zaman böyük qayğı göstərdiyini
qeyd edib. Ölkəmizdə səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğı, həyata
keçirilən ardıcıl tədbirlər nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin ildən-ilə
əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib. İcra başçısı ölkə Prezidenti İlham Əliyevin səhiyyə sahəsində
çalışan insanların əməyinə hər zaman yüksək qiymət verdiyini, hər il onlara
fəxri adların, medalların verilməsi ilə bağlı Sərəncamlar imzaladığını qeyd
edib. Rayon rəhbəri ölkə başçısının iyunun 16-da Azərbaycan Respublikasının
səhiyyə işçilərinin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında imzaladığı Sərəncamla
uzun illər səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə Qazaxımızın dəyərli
həkimi Novruzov Əşrəf Murad oğlunun da təltif olunanlar sırasında yer aldığını qeyd
edib. Ölkə başçısının bu addımını Əşrəf həkimin timsalında Qazax səhiyyəsində
çalışan tibb işçilərinə verilən dəyərin bariz nümunəsi kimi qiymətləndirib. Ölkə
Prezidentinə səhiyyə sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi diqqət və
qayğıya görə qazaxlı səhiyyə işçiləri adından minnətdarlığını bildirib. Əşrəf
həkimi "Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə təbrik edən icra
başçısı ona gələcək işlərində uğurlar arzulayıb. Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən
dövlət qayğısından danışan icra başçısı bunun əyani təzahürü olaraq ölkə Prezidenti
İlham Əliyevin iştirakı ilə 2020-ci ilin 3 martında istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını
göstərib. Rayon rəhbəri mənfur düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda
belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə qazaxlıların, xüsusilə də səhiyyə
sahəsində çalışan insanların ölkə başçısı İlham Əliyevə bu gün də minnətdarlıq
etdiklərini söyləyib. Prezident
İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında
ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərindən,
əhalinin vaksinasiyası sahəsində görülən işlərdən söz açan icra başçısı bu işin
rayonda uğurla aparıldığını, əhalinin peyvəndlənməsi sahəsində görülmüş işlərin
nəticəsinə görə bu gün Qazaxın ön sıralarda dayandığını söyləyib. İcra başçısı bu uğurun əldə olunmasında həkimlərin, tibb işçilərinin
böyük əməyi olduğunu vurğulayıb. Xəstə yaxınlarının ümid yerinə çevrilən
həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə
tədbirlərində, xüsusilə də əhalinin vaksinasiya olunmasında gördükləri işlərin
danılmaz olduğunu söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı
tarixi Qələbədən danışan icra başçısı bizlərə şanlı qələbəni bəxş edən qəhrəman
oğullarımızı unutmadığımızı, onlarla hər zaman fəxr edib, qürur duyduğumuzu
bildirib. 44 günlük savaşda əldə etdiyimiz Zəfərə görə Ali Baş Komandana, Azərbaycan
Ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu
qeyd edib. İcra başçısı istər koronavirus
pandemiyası ilə mübarizədə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə
ölkəmizin tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdiklərini
bildirib. Həkimlərimizin həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş
cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük
fədakarlıq göstərdiklərini vurğulayıb. Rayon rəhbəri çıxışının
sonunda sağlamlığımızın keşiyində dayanan tibb işçilərini bir daha təbrik edib, onlara gələcək
işlərində uğurlar arzulayıb.
"Qazax Rayon
Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət
başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb.
Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə
minnətdarlıq edib. Bugünkü görüşü və təbriki onlara olan qayğının daha bir
bariz nümunəsi kimi qiymətləndirib. Bu gün öz peşə bayramlarını yüksək
səviyyəli xəstəxanada qeyd etmələrinə görə dövlətimizə, ölkə başçısına
minnətdar olduqlarını qeyd edib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını
bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildirib.
"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Cərrahiyyə şöbəsinin müdir
əvəzi, həkim cərrah Binyamin Abbasəliyev çıxış edərək səhiyyə sahəsinə, bu sahədə çalışan
insanlara göstərilən dövlət qayğısından söz açıb. Dövlətin, ölkə rəhbərinin
qayğısını səhiyyə işçiləri olaraq hər zaman hiss etdiklərini, bunun bariz
nümunəsi olaraq da həkim yoldaşının "Tərəqqi” medalı ilə təltif edilməsini
nümunə göstərib. Həmin medalın bütövlükdə Qazax səhiyyəsində çalışan həkimlərin
əməyinə verilən qiymət olduğunu diqqətə çatdırıb.
"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi ŞəxsdəCərrahiyyə şöbəsində cərrah
uroloq Əşrəf Novruzov çıxış
edərək ilk növbədə əməyinə verilən qiymətə, "Tərəqqi” medalı ilə təltif
edilməsinə görə ölkə Prezidenti İlham Əliyevə öz adından və ailəsi adından
minnətdarlığını bildirib. "Bu, tək mənim əməyimə verilən qiymət deyil, bu, həm
də qazaxlı səhiyyə işçilərinə göstərilən qayğıdır”, - deyən Ə.Novruzov ona olan
etimadı bundan sonra da əməli işləri ilə doğruldacağını söyləyib. Vətəndaşların
sağlamlığının keşiyində dayanacğını, çətin və şərəfli peşəsinin öhdəsindən
layiqincə gəlmək üçün var qüvvəsi ilə çalışacağını qeyd edib. Ünvanına
söylənilən səmimi sözlərə, təbriklərə görə rayon rəhbərliyinə və həkim
yoldaşlarına razılığını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş