• Təqvim

  • Unutma

  • Maraq



TuranBank-ın Qazax filialı yeni ünvanda!


Bu il fəaliyyətinin 30-cu il dönümünü qeyd edən, ölkənin iqtisadi və sosial həyatında fəal iştirak edən TuranBank əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin və ümumilikdə regionların inkişafına öz töhfəsini verməkdədir. Bank müştərilərə loyal münasibət göstərən, onlara rahat və keyfiyyətli xidmət, çevik və rəqabətqabiliyyətli şərtlərə malik məhsul təklif edən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən maliyyə qurumu kimi tanınmaqdadır.

Filial şəbəkəsinin transformasiyası istiqamətində silsilə tədbirlər həyata keçirən TuranBank xidmət şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə Bankın Qazax şöbəsini filiala çevirməklə yeni ünvana köçürərək müştərilərin istifadəsinə verib.

Mayın 27-də baş tutan açılış mərasimində rayonun və Bankın rəhbər şəxsləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev açılış mərasimində iştirak edərək rayon rəhbərliyinin təbriklərini və səmimi ürək sözlərini çatdırıb, yeni ünvanda fəaliyyət göstərəcək filialın kollektivinə gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, bundan sonra filial Qazax şəhəri, Heydər Əliyev prospekti 163B ünvanında yerləşən daha geniş və müasir standartlara cavab verən yeni ofis binası ilə rayon sakinlərinin və biznes subyektlərinin xidmətlərdən daha operativ və rahatlıqla istifadə etməsini təmin edəcəkdir. Bütün zəruri imkanlara malik olan Qazax filialı müştərilərin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunmasına şərait yaradacaqdır.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 18 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirən Bank bu il də şəhər və regionlarda yeni filial və şöbələrin açılmasını planlaşdırır.

Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini https://bit.ly/3fUQtbQ  və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır...




 

GOYEZEN.AZ



Facebook-da paylaş