İcra başçısı Dəmirçilər və Kosalar kəndlərində ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb
Son illər ölkəmizdə Prezident İlham Əliyevin tapşırıq
və tövsiyəsinə əsasən kənd təsərrüfatının inkişaf etdirilən sahələrindən biri
də baramaçılıqdır. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin
inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında ölkə Prezidenti İlham Əliyevin 27 noyabr
2017-ci il tarixli Sərəncamı da bu sahənin inkişafına yönəldilib. Sözügedən Sərəncamdan
irəli gələn vəzifələrin icrası sayəsində ənənəvi və ixracyönümlü sahələrdən
olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır. Respublikamızın
hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin
qaytarılması istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir
infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu il artıq yeddinci ildir ki, Qazaxda ipəkqurdu
bəslənilir. Cari
ilin barama mövsümü üçün kümçülər tərəfindən 2800 kq yaş
baramanın istehsalı nəzərdə tutulub. İkinci Şıxlı, Birinci
Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı
Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar,
Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama
yetişdirən kümçülərə 70 qutu ipəkqurdu toxumu
paylanılıb. Mayın 25-də Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Qazax
Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahovla birlikdə rayonda
ipəkqurdu toxumu paylanılmış Dəmirçilər və Kosalar kəndlərində olub, ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, artıq baramaçılıqda
məhsul mövsümü yaxınlaşır. Belə ki, əksər kəndlərdə ipəkqurdları dördüncü
yuxunu başa vuraraq beşinci yaşa qədəm qoyub. Bir neçə gündən sonra
ipəkqurdları barama sarımağa başlayacaqlar. Bir müddət sonra hər bir kümçü öz
zəhmətinin bəhrəsini görəcək. Beşinci yaşda bəsləmə tədbirləri barədə danışan
kümçülər qeyd ediblər ki, ipəkqurdu üçün sonuncu yaşda ən vacib məsələ yemin
normativlər əsasında verilməsi, yer sıxlığının azaldılması, havalandırmanın
düzgün qurulmasıdır. Yarpaqlar qurudularaq verilməlidir, əks təqdirdə,
kümxanada xəstəlik yarana bilər. Kümçülər ipəkqurdu toxumunu
yetişdirmək üçün əvvəlcədən tələb olunan bütün hazırlıq işlərinin görüldüyünü,
otaqların lazımi istiliklə təmin edildiyini, yem bazasının da kifayət qədər olduğunu
vurğulayıblar. Kəndlərdə barama yetişdirən kümçülər cari ildə
də mütəxəssislərin məsləhətlərindən yararlanaraq daha çox məhsul istehsal
etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər. "İpəkqurdunun bəslənilməsi məsuliyyət tələb edir,
əziyyət çəksək də qısa müddətdə çəkdiyimiz zəhmətin bəhrəsini görəcəyik”, -
deyən kümçülər qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə
çalışdıqlarını qeyd ediblər. Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi
tapşırıq və tövsiyələrini verib. Dəmirçilər kəndi Kosalar kəndi 







Facebook-da paylaş















