Qazax şəhərində vətəndaşların qəbulu keçirilib
"Azəristiliktəchizat” ASC-nin
sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev 19 may 2022-ci il
tarixdə saat 10:00-da Qazax şəhərində vətəndaşların
qəbulunu keçirib. Qazax Gənclər Evində keçirilən vətəndaş qəbulunda Qazax,
Ağstafa və Tovuz şəhərlərinin sakinləri iştirak ediblər. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi
ziyarət olunaraq önünə gül dəstələri qoyulub, adını
daşıyan Heydər Əliyev Mərkəzi ziyarət edilərək əziz xatirəsinə dərin ehtiram ifadə edilib. Daha sonra sakinlərin cəmiyyətin fəaliyyət
istiqamətlərinə uyğun olan müvafiq müraciətləri cavablandırılıb, qaldırılan
bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma
tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti
şöbələrin icraatına göndərilib. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və
müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından
razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham
Əliyevə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş