Əsas Səhifə > Manşet / Rəsmi > Qazax şəhərində vətəndaşların qəbulu keçirilib

Qazax şəhərində vətəndaşların qəbulu keçirilib


20-05-2022, 15:11


"Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev 19 may 2022-ci il tarixdə saat 10:00-da Qazax şəhərində vətəndaşların qəbulunu keçirib. 

Qazax Gənclər Evində keçirilən vətəndaş qəbulunda Qazax, Ağstafa və Tovuz şəhərlərinin sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, adını daşıyan Heydər Əliyev Mərkəzi ziyarət edilərək əziz xatirəsinə dərin ehtiram ifadə edilib.






Daha sonra sakinlərin cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətləri cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



GOYEZEN.AZ


Geri qayıt