Qazaxda sahibkarlarla maarifləndirici görüş keçirilib
Mayın
16-da 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Qazaxda fəaliyyət göstərən
sahibkarlarla 2022-ci il 1 yanvar
tarixindən qüvvədə olan "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr
tarixli 406-VQD nömrəli Qanununun icrasından irəli gələn vəzifələrlə bağlı maarifləndirici görüş keçirilib. Gənclər
Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, icra aparatının məsul şəxsləri, 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli, idarənin rəis
müavini Cəbrayıl Məmmədov, Operativ vergi nəzarəti şöbəsinin rəisi Elçin Məmmədov,
Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin rəisi Taleh
Zeynalov, rayonda istehsal və ticarət
sahələri üzrə fəaliyyət göstərən 200-dən artıq sahibkar iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd
və əhəmiyyətindən söz açıb. Qonaqları salamlayan rayon rəhbəri Vergi Məcəlləsində edilən dəyişikliklərə həsr olunmuş maarifləndirici görüşün keçirilməsinə görə 14 saylı Ərazi Vergilər İdarəsinin rəhbərliyinə qazaxlı sahibkarlar, iş adamları adından
minnətdarlığını çatdırıb, rayonun sahibkarlarına, iş adamlarına verilən qiymət,
göstərilən qayğı kimi dəyərləndirib. Rayon rəhbəri bildirib ki, ölkədə
yaradılan şəffaflığın və uğurla həyata keçirilən düzgün siyasətin nəticəsidir
ki, bu gün Azərbaycan özünün inkişaf dövrünü yaşayır. Xüsusilə də vergi
sahəsində olan şəffaflığın nəticəsində ölkədə bütün sahələrdə yeniliklərin,
müsbət dəyişikliklərin şahidi oluruq. Vergi Məcəlləsində edilən
dəyişikliklərdən söhbət açan rayon rəhbəri bütün dəyişikliklərin sahibkarlara,
iş adamlarına verilən dəstəyin, onların öz fəaliyyətlərini genişləndirmələri
üçün yaradılan şəraitin bariz nümunəsi olduğunu bildirib.
14 saylı
Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli çıxış edərək ilk növbədə tədbirin yüksək səviyyədə təşkil
olunmasına görə minnətdarlığını bildirib. Z.Mənsimli qeyd edib ki, "Azərbaycan Respublikasının
Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3
dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli Qanunu Azərbaycan Respublikasının
Prezidenti tərəfindən həmin ilin dekabrın 29-da təsdiq edilib. İdarə rəisi sahibkar kimi fəaliyyət göstərən hər bir
şəxsin statusundan asılı olaraq hüquqi və fiziki şəxs kimi ilk növbədə vergi
orqanında qeydiyyatının və uçotunun olmasını bildirib. Sahibkarlıq fəaliyyəti
ilə məşğul olan bütün obyektlərdə onlayn nəzarət-kassa aparatının, post-terminalın, işçi ilə
işəgötürən arasında əmək müqaviləsinin olmasının vacibliyini qeyd edib. Nəzarət-kassa aparatının, post-terminalıntətbiqi, işçi ilə işəgötürən
arasında əmək
müqaviləsinin olmaması, eləcə də digər
qeyd edilənlərlə bağlı
qanun pozuntuları olduqda vergiödəyicisi üçün maliyyə sanksiyası ilə nəticələndiyinidiqqətə çatdırıb. Daha sonra idarə rəisi Z.Mənsimli tədbir
iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Diskussiya şəraitində
keçən görüşdə Vergi Məcəlləsində edilən dəyişikliklər müzakirə olunub. Qeyd
edilib ki, hər bir idarə, müəssisə və təşkilat, eləcə də sahibkar, iş adamı
üzərinə düşən işin öhdəsindən layiqincə gəlməli və qanunvericilikdə nəzərdə
tutulan bütün qaydalara ciddi əməl etməlidirlər. GOYEZEN.AZ
Facebook-da paylaş