Qazaxda Ulu öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş mini futbol turniri keçirilib
Yeni
Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının, Qazax Rayon Gənclər və İdman
İdarəsinin, "Qazax Gənclər Evi” sosial xidmət müəssisəsinin və Qazax Olimpiya
İdman Kompleksinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümünə həsr olunmuş həvəskarlar arasında mini futbol
turniri keçirilib. 28 aprel-6
may tarixlərində Qazax Olimpiya İdman Kompleksində baş tutan turnirdə 12 həvəskar
komanda iştirak edib. Finala iki komanda - "Avromed” və "Əsədoğlu” komandaları qatılıb. Mayın
6-da komandaların final görüşü keçirilib. Tədbirin əvvəlində Azərbaycanın
Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz
uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Gərgin
idman mübarizəsi şəraitində keçən turnirdə "Avromed” komandası 4:3 hesabı ilə "Əsədoğlu”
komanasına qalib gəlib. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qaliblərin mükafatlandırılması mərasimində iştirak
edərək hər iki komandanı təbrik edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı Ümummilli Lider
Heydər Əliyevin bütün sahələrlə yanaşı, idmanın inkişafına da böyük diqqət
yetirdiyini bildirib. Hazırda ölkəmizdə Prezident İlham Əliyev, Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən bu sahənin inkişafına göstərilən yüksək
dövlət qayğısından danışıb. Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə
həsr olunmuş turnirin əhəmiyyətindən söz açan icra başçısı təşkilatçılara,
əziyyəti keçən insanlara və turnirə qatılan iştirakçılara razılığını bildirib. Yeni
Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev qalib komandanları təbrik edib, turnirin keçirilməsində əsas məqsədin Ulu
Öndərin xatirəsini yad etmək, eyni zamanda, gənclərin fiziki sağlamlığını
inkişaf etdirmək və idmana olan marağını artırmaq olduğunu qeyd edib. Sonda
qalib komandaya kubok, eləcə də bütün komanda üzvlərinə hər dörd təşkilatın
adından Fəxri Fərman təqdim olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş