May ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüş Birinci Şıxlı kəndində olub
Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti
başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən
zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın
içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri,
vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini
yerində öyrənmələri, düzgün təhlil aparmaları, vətəndaş məmnunluğunun əsas
götürülməsi barədə verdiyi tapşırıq və tövsiyələr onu deməyə əsas verir ki, yürüdülən
dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Dövlət başçısının tapşırıq
və tövsiyəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Operativ Qərargahın xüsusi karantin rejiminin tələb və tövsiyələri nəzərə
alınmaqla 2022-ci ilin mart ayından etibarən şəhər və kəndlərdə keçirilən
səyyar görüşlərin yenidən bərpa olunması da məhz bu məqsədə xidmət edir. Ölkə Prezidentinin insanlara layiqli xidmət
göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə
bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra olunur. Əhalini narahat edən
problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən
edilməsi məqsədilə mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti
başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. May ayı üzrə vətəndaşlarla nəzərdə tutulan ilk səyyar
görüş ayın 5-də Birinci Şıxlı kəndində
olub. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və
təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi
səyyar görüşdə ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının, sosial
vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən, atılan
addımlardan, ölkəmizdə və rayonda aparılan quruculuq işlərindən söz açılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu
kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən
qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli
istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti
təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq
olduğunu bildirib. Ən əsası da vətəndaş məmnunluğunu təmin etməkdir. İcra başçısı son illər ölkə Prezidentinin rəhbərliyi
altında respublikamızın bölgələrində olduğu kimi, Qazaxda da aparılan quruculuq
işlərinin geniş miqyas aldığını bildirib. Rayon
rəhbəri Qazaxda həlli vacib olan məsələlərdən birinin mərkəzi xəstəxananın
tikintisinin olduğunu və bu məsələnin ölkə başçısının qayğısı sayəsində müsbət
həllini tapdığını bildirib. İcra başçısı Qazaxda inşa olunan 10 korpusdan
ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksini bu sahədə çalışan
insanlara olan ən böyük töhfə kimi dəyərləndirib.
Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan digər
bir məsələnin - şəhərin su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və
qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına
əsasən Qazax şəhərinin içməli su və
tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu,
çəkilişdən sonra şəhərin abadlaşdığını vurğulayıb. Dövlət başçısının diqqət və qayğısı sayəsində
respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı
imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu bildirən
rayon rəhbəri son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı
Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli,
Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə
yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu
olduğunu qeyd edib. Son illər rayonun bütün kəndlərində olduğu kimi,
Birinci Şıxlı kəndində də subartezian quyusunun qazıldığını bildirən rayon
rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini
söyləyib. Bütün kəndlərdə, o cümlədən də Birinci Şıxlı kəndində içməli su
probleminin aradan qaldırılacağını bildirib. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi
yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən
işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa
çatdığını, digər kəndlərdə olduğu kimi, Birinci Şıxlı kəndində də SİP
kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini,
eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini
bildirib. Kənddə Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılmasının
vacibliyini diqqətə çatdıran icra başçısı bu sahədə lazımi addımların atıldığını,
aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını qeyd edib.
2020-ci ilin
yaddaşlara 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə əbədi
həkk olunduğunu qeyd edən icra başçısı bu Zəfəri bizlərə bəxş edən Ali Baş
Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar
olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu
kimi, Qazaxdan da 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını
bildirib. Onlardan 6 nəfərinin Birinci
Şıxlı kəndindən olduğunu bildirib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, "Vətən uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin
azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid kapitan
Pənahov Rövşən Mahmud oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları
ilə təltif olunmuş şəhid əsgər Qurbanov Davud Tariyel oğlunun, ölümündən sonra "Qarabağ”
ordeni, "Vətən
uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”,
"Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə” medalları
ilə təltif olunmuş şəhid baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun,
ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”,
"Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhidəsgər Mustafayev Merik Musa oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına
görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə
görə” medalları ilə təltif olunmuş şəhid əsgər Nəsibov
Nicat Səməd oğlunun, ölümündən
sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad
olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi
xidmətlərə görə” medalları ilə təltif olunmuş şəhid əsgər Həsənov
Babək Saleh oğlunun xalqımızın,
qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacaqlarını
qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə
göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib.
Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim
yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini
vurğulayıb.
İcra başçısı ölkəmizdə təhsil sahəsinə göstərilən
dövlət qayğısından danışaraq "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına
Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını qeyd edib. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının
adını daşıyan 1176 şagird yerlik Kosalar
kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin
istifadəsinə verilməsini, məktəbin həyətində İsmayıl Şıxlının büstünün
qoyulmasını Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı,
həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi qeyd edib. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən reallaşan
"Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Şahnabad
Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşasını, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov
adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın
inşa olunmasını, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar
və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi
haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni
məktəbin inşa olunmasını dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və
qayğısı kimi qiymətləndirib.
İcra başçısı qeyd edib ki, ADA
Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində
tariximizin incisi hesab edilən Qazax Müəllimlər Seminariyasının binasını bərpa
etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam
etdirilməsi deməkdir. Rayon rəhbəri
bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə
göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri
adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb. Rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyəti və
Rayon Polis Şöbəsi olaraq narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə
aparılan mübarizəyə dair tədbirlərin gücləndirildiyini, mütəmadi olaraq rayonun
ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici
tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam
gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmalı olduğumuzu söyləyib. "Bu gün görüşməkdə əsas məqsədimiz siz
vətəndaşları dinləmək, kənddəki mövcud vəziyyəti sizin dilinizdən eşitməkdir”,
- deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə
maraqlanıb. Kənd sakinlərindən Qazax Rayon Musa Həsənov adına
Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev onlarla mütəmadi
olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon
rəhbərliyinə minnətdarlığını bildirib. Dövlət başçısının yürütdüyü daxili və
xarici siyasəti hər zaman dəstəklədiklərini və son illər aparılan uğurlu
islahatları yüksək qiymətləndirdiklərini dilə gətirib. Son illər rayonda, eləcə
də Birinci Şıxlı kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd edib.
Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri,
vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə
qarşıladıqlarını söyləyib. Ölkəmizdə
vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə
kənd sakinləri adından təşəkkürlərini çatdırıb. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər
minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz
açıblar. Kənd sakinlərindən Tahir Musayevin 3727 nəfər əhalisi olan kənddə
Körpələr Evi-Uşaq bağçasının açılması, kənd sakinlərinin təhlükəsizliyini
nəzərə alaraq magistral yolun Birinci Şıxlı kəndindən keçən hissəsinə nişanlanma
xətlərinin çəkilməsi, Kamil Adıgözəlovun 3727 nəfər əhalisi olan kəndə içməli
su xəttinin çəkilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarının suvarma
suyu ilə təmin olunması məqsədilə 14,64 km uzunluğunda suvarma kanallarının
beton üzlüyə alınması, Səadət Eynalovanın kənd inzibati ərazi dairəsinin
inzibati binasında yerləşən həkim məntəqəsi üçün yeni binanın tikintisinə
köməklik olunması və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan
hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş