Şuşa Dövlət Musiqili Dram Teatrı Qazaxda Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiya təqdim edib
Mayın
5-də Qazaxda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şuşa Dövlət Musiqili
Dram Teatrı tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Xalq şairi Zəlimxan Yaqubun "Böyük
ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiya təqdim
olunub. Qazax
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzinin böyük
zalında təşkil olunmuş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, icra aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların
kollektivləri, tələbələr, gənclər, rayon
ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə
əvvəlcə müasir Azərbaycanın qurucusu, memarı dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın
azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Sonra
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları Xalq şairi Zəlimxan Yaqubun "Böyük
ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiyanı
təqdim ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçıları
adından teatrın əməkdaşlarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Şuşa
Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov başda
olmaqla teatrın kollektivinə Qazaxda Ümummilli Liderin anadan olmasının 99-cu
ildönümü ilə əlaqədar tədbirin keçirilməsinə, ədəbi-bədii kompozisiyanın yüksək
səviyyədə təqdim olunmasına görə minnətdarlığını bildirib. Xalq şairi Zəlimxan
Yaquba Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb.
"Hansı
dövrə nəzər yetirsək, həm keçmişimizdə, həm bu günümüzdə, həm də sabahımızda Ulu
Öndər Heydər Əliyevin, onun düşünülmüş siyasətinin izi var. Nə qədər Azərbaycan
xalqı var, Ulu Öndər daim xalqımızın qəlbində yaşayacaq, onun ruhu hər zaman
bizimlə olacaq”, - deyən icra başçısı bugünkü tədbirin də məhz bu məqsədə xidmət
etdiyini qeyd edib. Xalq şairi Zəlimxan Yaqubun "Böyük ömrün dastanı” poemasında
Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, müdrikliyini əks etdirən dəyərli
fikirlərin yer aldığını vurğulayıb. İcra başçısı Ümummilli Lider Heydər
Əliyevin bizlərə miras qoyduğu dövlət siyasətinin bu gün onun layiqli
davamçıları Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən
uğurla davam etdirildiyini qeyd edib. Rayon rəhbəri 44 günlük Vətən müharibəsində
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun
tarixi Qələbəsindən sonra xalqımızın bütün tədbirləri qalib xalqın nümayəndələri
kimi qeyd etdiyini söyləyib. Şanlı zəfərimizdən sonra 2021-ci ilin ölkə
Prezidenti tərəfindən "Şuşa İli” elan edilməsini illər ötsə belə xalqımızın heç
vaxt unutmayacağını vurğulayıb. Sonda teatrın kollektinə bir daha təşəkkürünü
çatdıran icra başçısı müstəqil Azərbaycanın çiçəklənməsi naminə onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb. Şuşa
Dövlət Musiqili Dram Teatrının baş inzibatçısı Yaşar Muradov, eləcə də aktyorlar onlara göstərilən qonaqpərvərliyə və tədbirin
yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş