Əsas Səhifə > Manşet / Mədəniyyət > Şuşa Dövlət Musiqili Dram Teatrı Qazaxda Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiya təqdim edib

Şuşa Dövlət Musiqili Dram Teatrı Qazaxda Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiya təqdim edib


5-05-2022, 22:21


Mayın 5-də Qazaxda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Xalq şairi Zəlimxan Yaqubun "Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiya təqdim olunub.


Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzinin böyük zalında təşkil olunmuş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların kollektivləri, tələbələr,  gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə müasir Azərbaycanın qurucusu, memarı dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları Xalq şairi Zəlimxan Yaqubun "Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiyanı təqdim ediblər.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçıları adından teatrın əməkdaşlarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov başda olmaqla teatrın kollektivinə Qazaxda Ümummilli Liderin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbirin keçirilməsinə, ədəbi-bədii kompozisiyanın yüksək səviyyədə təqdim olunmasına görə minnətdarlığını bildirib. Xalq şairi Zəlimxan Yaquba Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb.

 

"Hansı dövrə nəzər yetirsək, həm keçmişimizdə, həm bu günümüzdə, həm də sabahımızda Ulu Öndər Heydər Əliyevin, onun düşünülmüş siyasətinin izi var. Nə qədər Azərbaycan xalqı var, Ulu Öndər daim xalqımızın qəlbində yaşayacaq, onun ruhu hər zaman bizimlə olacaq”, - deyən icra başçısı bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini qeyd edib. Xalq şairi Zəlimxan Yaqubun "Böyük ömrün dastanı” poemasında Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, müdrikliyini əks etdirən dəyərli fikirlərin yer aldığını vurğulayıb. İcra başçısı Ümummilli Lider Heydər Əliyevin bizlərə miras qoyduğu dövlət siyasətinin bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Rayon rəhbəri 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun tarixi Qələbəsindən sonra xalqımızın bütün tədbirləri qalib xalqın nümayəndələri kimi qeyd etdiyini söyləyib. Şanlı zəfərimizdən sonra 2021-ci ilin ölkə Prezidenti tərəfindən "Şuşa İli” elan edilməsini illər ötsə belə xalqımızın heç vaxt unutmayacağını vurğulayıb. Sonda teatrın kollektinə bir daha təşəkkürünü çatdıran icra başçısı müstəqil Azərbaycanın çiçəklənməsi naminə onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Şuşa Dövlət Musiqili Dram Teatrının baş inzibatçısı Yaşar Muradov, eləcə də aktyorlar onlara göstərilən qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.















 

GOYEZEN.AZ


Geri qayıt