Qazaxda “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda növbəti tədbir keçirilib YENİLƏNƏCƏK
Noyabrın 30-da Qazax Rayon İcra
Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı
ilə "Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər”
mövzusunda növbəti tədbir keçirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı
yanında "Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon
Komissiya”sı tərəfindən keçirilən tədbirdə narkomaniyanın törətdiyi fəsadlar və narkotik vasitələrin qanunsuz
dövriyyəsindən, rayon ərazisində nikahın, həmçinin erkən nikahın qeydə alınması
və nikahın pozulması, aliment ödəyənlərin sayı, alimenti gecikmə ilə ödəyənlər
və alimenti ödəməkdən imtina edənlərdən danışılıb. Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbdə keçirilən
tədbirdə Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Rayon Prokuroru Rauf Gözəlov,
Polis Şöbəsinin rəisi Sənan
Əsədov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov, Rayon Qeydiyyat
Şöbəsinin rəisi Məsumə Səmədova, Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisiRamiz Şəmmədov, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Rayon Gənclər
və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, "Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin Qazax nümayəndəliyinin
direktoru İsmayıl Süleymanov, Qazax Rayon Psixiatriya Xəstəxanasının
narkoloq həkimi Nahidə Osmanova, ziyalılar, rayon və kənd ağsaqqalları, məktəbin
müəllimləri, 10 və 11-ci sinif şagirdləri iştirak ediblər. Tədbirdə əvvəlcə narkomaniya və onun törətdiyi fəsadlardan bəhs edən videoçarx
nümayiş olunub.
Facebook-da paylaş