• Təqvim

  • Maraq



Qazaxda icra başçısı 8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfər salnaməsi” adlı tədbirin yüksək səviyyədə təşkil edilməsində göstərdikləri xidmətlərə görə bir neçə şəxsi təltif edib

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 gündə qazandığı böyük Zəfər hərb tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində qazandığımız və bu gün də qürurla səsləndirdiyimiz həmin tarixi Qələbə ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 8 noyabrda ilk dəfə Zəfər Günü kimi qeyd edildi.8 noyabrın təntənə ilə qeyd edilməsi xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi deməkdir.

Respublika Prezidentinin Zəfər Gününün təntənəli şəkildə qeyd edilməsi haqqında müvafiq tarixli Sərəncamından irəli gələn vəzifələr Qazaxda da uğurla icra olundu. Həmin sərəncama uyğun olaraq Qazax rayonunda Zəfər Gününün, Vətən müharibəsinin birinci ildönümünün təntənəli şəkildə qeyd edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının 25 oktyabr 2021-ci il tarixli 9-21/375 nömrəli Sərəncamı ilə 6 bənddən ibarət Tədbirlər Planı təsdiq edilmişdir. "44 gündə qazanılan tarixi Qələbə” ilə əlaqədar inşa yazı, şeir və rəsm müsabiqələrinin keçirilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının 18 oktyabr 2021-ci il tarixli 9-21/374 nömrəli Sərəncamı ilə işçi qrupu yaradılmışdır.

 

İnşa yazı müsabiqəsində rayonun ümumtəhsil məktəb şagirdləri (28 nəfər), Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri (21 nəfər) və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri (19 nəfər) iştirak ediblər. Cəmi 68 nəfərin inşa yazısından 6 nəfərin inşa yazısı seçilərək müsabiqənin qalibləri olublar.

Qazax Rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Gülməmmədli Məlahət Kamil qızı 1-ci yerə layiq görülüb.

BDU-nun Qazax filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbəsi Xasayeva Gülnar Fariz qızı və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Sosial iş fakültəsinin 3-cü kurs tələbəsi Hüseynli Rüqayə Vüqar qızı 2-ci yeri, Qazax Rayon Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 9-cu sinif şagirdi Rzazadə Şəfa Nəsimi qızı, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Sosial iş fakültəsinin 3-cü kurs tələbəsi Həsənova Əfsanə Bəxtiyar qızı, BDU-nun Qazax filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbəsi Abdullayev Nicat Tehran oğlu 3-cü yeri qazanıblar.

Şeir müsabiqəsində rayonun ümumtəhsil məktəb şagirdləri (21 nəfər) iştirak edib ki. onlardan 6 nəfər seçilərək müsabiqənin qalibləri olublar. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 5-ci və 2-ci sinif şagirdləri Vəlizadə Ayan Adil qızı və Vəlizadə Bahar Adil qızı "Xudayar” adlı kompozisiya ilə müsabiqənin birincisi olublar.

 

Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 4-cü sinif şagirdi Məmmədov Minur Seymur oğlu "Azərbaycan, zəfər günün mübarək” şeiri, Qazax Rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin 7-ci sinif şagirdi Əliyeva Fatimə Ramin qızı "Yallı” şeiri ilə müsabiqənin ikincisi, Qazax Rayon Rəsul Mirzəyev adına Alpout kənd tam orta məktəbin 8-ci sinif şagirdi Musayeva Gülsarə Müşfiq qızı "Azərbaycan əsgəri” şeiri, Qazax Rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin 8-ci sinif şagirdi Mustafayeva Ayan Sərvaz qızı "Keşikçi” şeiri, Qazax Rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 11-ci sinif şagirdi Məmmədli Gülcənnət Samir qızı "Salam oğlum” şeiri ilə müsabiqənin üçüncüsü adını alıblar.

Vətən müharibəsi şəhidlərinin portretləri üzrə keçirilən rəsm müsabiqəsi təşkil olunub ki, müsabiqə iki yaş kateqoriyası 10-17 və 17-29 yaş üzrə keçirilib. Müsabiqəyə ümumilikdə 89, onlardan 10-17 yaş üzrə 87 rəsm əsəri, 17-29 yaş üzrə 2 rəsm əsəri təqdim edilmişdir. 10-17 yaş üzrə 87 rəsm əsərindən 49-u, 17-29 yaş üzrə isə 2, cəmi 51 rəsm əsəri seçilib.

Respublikamızın hər yerində olduğu kimi, 8 Noyabr - Zəfər Günü Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olundu. Rayonda keçirilən silsilə tədbirlərə ilk olaraq şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarətlə start verildi. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla anıldı. Həmçinin şəhərin girişindən başlayaraq prospekt boyunca Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksinin qarşısına kimi şanlı Zəfərə həsr olunmuş yürüş təşkil edildi. Şanlı Zəfərimizə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.

8 Noyabr – Zəfər Günü Qazaxda yüksək səviyyədə təşkil edilən "Zəfər salnaməsi” adlı tədbirlə də yadda qaldı.

Noyabrın 12-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 8 Noyabr - Zəfər Günü münasibətilə "Zəfər Salnaməsi” başlığı altında keçirilmiş tədbirin yüksək səviyyədə təşkil edilməsində göstərdikləri xidmətlərə görə bir qrup şəxsi Fəxri Fərmanla təltif edib, müsabiqə qaliblərini mükafatlandırıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunmasına görə əziyyəti keçən şəxslərə, eyni zamanda müsabiqədə iştirak edən hər kəsə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazanadığı tarixi Qələbəni, şanlı Zəfəri qalib ölkənin vətəndaşı olaraq qeyd etməyin qürurverici olduğunu qeyd edib.

Sonra "Zəfər Salnaməsi” başlığı altında keçirilmiş tədbirin yüksək səviyyədə təşkil edilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair, RİH başçısı aparatı yanında yaradılmış işçi qrupunun şeir müsabiqəsi üzrə üzvüBarat Vüsal, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, RİH başçısı aparatı yanında yaradılmış işçi qrupunun şeir və rəsm müsabiqələri üzrə üzvü Gövhər Rəhimova, Qazax Dövlət Rəsm Qalereyasının müdiri, RİH başçısı aparatı yanında yaradılmış işçi qrupunun rəsm müsabiqəsi üzrə üzvü Münəvvər Xəlilova, Bakı Dövlət Universiteti Qazax filialında Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, RİH başçısı aparatı yanında yaradılmış işçi qrupunun inşa yazı müsabiqəsi üzrə üzvü İradə Arıxova, Qazax Dövlət Sosial-İqtisadi Kollecində Azərbaycan dili və ədəbiyyat müəllimi, RİH başçısı aparatı yanında yaradılmış işçi qrupunun inşa yazı müsabiqəsi üzrə üzvü Aynurə Məmmədova, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli  tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, RİH başçısı aparatı yanında yaradılmış işçi qrupunun inşa yazı müsabiqəsi üzrə üzvü Afaq Məmmədova, Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi, RİH başçısı aparatı yanında yaradılmış işçi qrupunun inşa yazı və şeir müsabiqəsi üzrə üzvü Nüşabə Yaqubova, Qazax Dövlət Dram Teatrında baş rejissor, respublikanın Əməkdar artisti Musa Eyyubov, Qazax Dövlət Dram Teatrında aktrisa, RİH başçısı aparatı yanında yaradılmış işçi qrupunun şeir müsabiqəsi üzrə üzvü Zəmanə Dərvişova, Qazax Dövlət Dram Teatrında aktyor Nəsimi Aşbazov, Qazax Dövlət Sosial-İqtisadi Kollecində Meşə və meşəparkı fakültəsinin II kurs tələbəsi Nəzrin Muradova Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. İnşa yazı müsabiqəsində I yerin sahibi Gülməmmədli Məlahət Kamil qızına, II yerin sahibləri Xasayeva Gülnar Fariz qızına və Hüseynli Rüqayə Vüqar qızına, III yerin sahibləri Rzazadə Şəfa Nəsimi qızına, Həsənova Əfsanə Bəxtiyar qızına və Abdullayev Nicat Tehran oğluna hədiyyələr təqdim edilib.

 

Şeir müsabiqəsində I yerə layiq görülmüş Vəlizadə Ayan Adil qızı, Vəlizadə Bahar Adil qızı, II yerə layiq görülmüş Məmmədov Minur Seymur oğlu, Əliyeva Fatimə Ramin qızı, III yerə layiq görülmüş Musayeva Gülsarə Müşfiq qızı, Mustafayeva Ayan Sərvaz qızı, Məmmədli Gülcənnət Samir qızı, Zəfər günündə şeir səsləndirən Qazax Rayon Saqif Nəsirov adına Ürkməzli tam orta məktəbin 10-cu sinif şagirdi Vələdova Aysel Salman qızı da mükafatlandırılıblar.

Rəsm müsabiqəsinin iştirakçıları - Qazax Dövlət Rəsm Qalereyanın dərnək üzvləri Quluyev Eşqin Əmir oğlu, Xasməmmədov Ruhin Ceyhun oğlu, Bənnayev Anar Fədai oğlu, Carçılı Ema Ramil qızı, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Məmmədli Aydan Müşviq qızı, Nəsibli Zərifə İlqar qızı, Alıyeva Röya Vüsal qızı da mükafat alanlar arasında olublar.

Sonda təltif olunanlar onlara göstərilən diqqət və qayğıya, əməklərinə verilən yüksək qiymətə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
















 

GOYEZEN.AZ



Facebook-da paylaş