Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü münasibətilə xalqımızı təbrik edib - VİDEO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva rəsmi "İnstagram” səhifəsində 8 Noyabr – Zəfər Günü münasibətilə
paylaşım edib. Paylaşımda
deyilir: "Əziz həmvətənlər! Vətən müharibəsində əldə edilən şanlı Qələbənin
birinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm! Sözlə ifadə edə bilmədiyim, daxilimizdə, qəlbimizdə
yaşayan hissləri bizə bəxş edən Uca Tanrıya şükürlər olsun. Hər bir
azərbaycanlı bu Qələbəni gözləyirdi, hər bir azərbaycanlı haqlı olaraq bu
Qələbə ilə fəxr edir! Müzəffər Ordumuza, qəhrəman əsgər və zabitlərimizə,
mərd və qorxmaz, hər zaman sözünün sahibi olan Prezidentimizə "çox sağ olun”
deyirəm! Unudulmaz şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin.
Əyilməz iradəli, torpaq və ləyaqət uğrunda ölümə gedən övladlar böyütmüş ana və
atalar qarşısında baş əyirəm. Azərbaycan xalqı, Azərbaycan vətəndaşı, gözün aydın,
başın daim uca olsun! Biz əl-ələ verib, çətin və şərəfli yolu birlikdə addımlayaraq
Qələbə zirvəsinə ucalmışıq! Qalib xalq kimi birliyimizi və müstəqil
Azərbaycanımızı qorumaq bizim müqəddəs borcumuzdur! Uca Tanrı Azərbaycan
xalqını və Azərbaycanı qorusun! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.
Facebook-da paylaş