Qazaxda 8 Noyabr – Zəfər Günü rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində də qeyd olunub
8 Noyabr - Zəfər Günü hər bir azərbaycanlı üçün doğma, qürur dolu, şanlı, əziz və müqəddəsdir. Bu əlamətdar gün dünya hərb tarixində iz buraxan 44 günlük Vətən müharibəsinin, Vətən müharibəsi isə xalqımızın məğrurluğu, dövlətimizin hərtərəfli uğurlu siyasətinin təcəssümüdür. O Vətən müharibəsi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində bütün dünyaya çiçəklənən Azərbaycanın gücünü və qüdrətini göstərdi.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd olunur. Əlamətdar gün münasibətlə rayonda fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrində də bayram şənlikləri keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər 6 saylı Körpələr Evi-Uşaq bağçasında təşkil olunmuş bayram tədbirində iştirak edib, əlamətdar gün münasibətilə bağçanın müəllimlərini, tərbiyəçiləri, körpə fidanları təbrik edib, səmimi ürək sözlərini bildirib. Bu gün şanlı Zəfərimizi qeyd edən körpələrimizin gələcəyi naminə canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib, sağlamlığını itirən qazilərimizə tez zamanda sağlamlıqlarına qovuşmalarını arzulayıb. 44 günlük Vətən müharibəsində şanlı Zəfəri bizlərə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda böyüməsində bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını qeyd edib.
Bayram şənliklərində uşaqlar Vətənə, anaya, bağçaya, şəhidlərə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, səhnəciklər göstərib, rəqs ediblər. Körpə fidanların bir-birindən rəngarəng çıxışları alqışlarla qarşılanıb. Sonda uşaqlar xatirə şəkilləri çəkdiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş